"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Sahibkarlarımız indi daha şəffaf işləyir

25 Aprel 2023 - 13:25
in İQTİSADİYYAT
FacebookVatsap

Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat vergi daxil olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 % və ya 2,1 milyard manat çoxdur.
Elchi.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda deyib.
S. Ələkbərov bildirib ki, Azərbaycanda sahibkarlar əvvəlki dövrlərə nisbətən daha şəffaf işləyirlər:
“Əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min artıb və cari ilin aprel ayının 1-nə 1 milyon 755,8 minə çatıb. Qeyri-neft/qaz sektorunun özəl bölməsində bu göstərici 298,1 min artaraq 838 min təşkil edib.
Muzdlu işçi sayının və əmək haqqı fondunun “ağarması” sayəsində təkcə cari ilin I rübündə məcburi dövlət sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9 % və ya 145,3 milyon manat artaraq 1 milyard 192,7 milyon manata çatıb”.
Nazir müavini qeyd edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı artır və hazırda 720 mindən çoxdur:
“Onların böyük əksəriyyəti kiçik və orta biznes subyektləri olduğundan, bu təbəqədən olan sahibkarların inkişafına dövlət dəstəyinin göstərilməsi daim Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər dövlət qurumlarının diqqət mərkəzində saxlanılır.
Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2022-ci ildə verilmiş güzəştli kreditlərində əhəmiyyətli hissəsi əsasən aqrar və sənaye sektorlarında çalışan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən il biznes subyektlərinə verilən 146 milyon manata yaxın kreditin layihə sayı üzrə 99,9 %-i, məbləğ üzrə isə 98,3 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilib. Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin 69,7 %-i regionlarda fəaliyyət göstərir”.
S. Ələkbərov deyib ki, sənayeləşmənin əsas drayverlərindən olan sənaye zonalarının yaradılması qeyri-neft sənayesinin davamlı inkişafında, ölkə iqtisadiyyatının modernləşməsində və inklüziv iqtisadiyyatın formalaşmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sahibkarlığın inkişafına göstərilən səmərəli dövlət dəstəyi tədbirlərindəndir:
“Hazırda ölkəmizdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 %, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 29,5 % olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir və sənaye zonalarında 10 100-dən çox daimi iş yerləri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7 milyard 366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2 milyard 674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2 milyard 711 milyon manat, ixrac 1 milyard 039 milyon manat olub”.
Nazir müavini əlavə edib ki, Azərbaycanda 240 min hektar ərazini əhatə edən olan 51 aqroparkın inkişafı üzrə işlər davam etdirilir:
“Aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4 600-dan çox insan daimi işlə təmin edilib, 5 200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilir. Gələcəkdə bu rəgəmlər daha da artacaq. Aqroparklarda hər hektardan məhsuldarlıq ölkə üzrə analoji sahələrdəkindən orta hesabla 2 dəfə çoxdur”.

Bunu da oxuyun

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

Previous Post

Sahibkarlarımız indi daha şəffaf işləyir

Next Post

İlham Əliyev mühüm mərasimdə: Memorandum imzalandı

Bənzər yazılar

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 24 və 25 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar...

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59

“Brent” markalı xam neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə çatıb. Elchi.az xəbər verir ki, “Brent”in qiyməti may ayından...

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57

“AzerGold” QSC ilə Asiya İnkişaf Bankı (AİB) arasında dağ-mədən sənayesi və kritik mineralların hasilatı və emalı sahələrində əməkdaşlıq imkanları müzakirə...

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44

“Şərqi Azəri” platformasından indiyədək 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
İlham Əliyev mühüm mərasimdə: Memorandum imzalandı

İlham Əliyev mühüm mərasimdə: Memorandum imzalandı

İlham Əliyev mühüm mərasimdə: Memorandum imzalandı

İlham Əliyev mühüm mərasimdə: Memorandum imzalandı

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.