"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Sahibkarlara neft pullarından istifadə etmək imkanı yaradılmalıdır”

15 Dekabr 2020 - 18:42
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “O xalqın vəsaitləridir və sahibkarlar banklar vasitəsilə o vəsaitlərdən istifadə etməlidirlər”

“Mən Tahir Mirkişiliyə də öz minnətdarlığımı bildirirəm ki, birinci oxunuşda mənim qaldırdığım məsələlərə öz nöqteyi nəzərindən aydınlıq gətirməyə çalışdı. Biz bu gün əmanətlərin sığortalanmasından danışırıqsa, insanları narahat edən bank sektorundakı vəziyyətə millət vəkilləri, xalqın təmsilçiləri olaraq münaibət bildirməliyik”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib: “Tahir müəllim çox düzgün olaraq qeyd edir ki, mən uzun illərdir bu məsələni qaldırıram ki, Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli banklarda saxlanılsın. Tahir müəllim də söylədi ki, buna mövcud qanunvericilik də imkan verir. Yəni həmin vəsaitlərin 5 faizi bizim yerli banklarda saxlanıla bilər. Amma çox təəssüf ki, bu günə qədər bu edilmir. Mən, millət vəkillərinin diqqətini xüsusi bir məsələyə yönəltmək istəyirəm.

Bunu da oxuyun

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Putin Mertsin siyasəti barədə sərt danışdı

BM-dən kritik xəbərdarlıq: 1,5 dərəcəlik hədd bir neçə ilə aşılacaq

Keçən dəfə Rüfət Quliyev, indi isə Tahir Mirkişili qeyd etdi ki, o vəaitlərin bir hissəsinin Azərbaycana gətirilməsi manatın kursuna mənfi təsir edə, inflyasiyaya təsir göstərə bilər. Mən sadəcə olaraq bizim hörmətli iqtisadçılardan soruşmaq istəyirəm ki, ölkəyə investisiya qoymadan iqtisadiyyatı necə inkişaf etdirmək olar?
Dünyanın hər yerində sahibkarlar banklarla işləyirlər. Tahir müəllim qeyd etdi ki, Azərbaycanda qoyulan investisyaların 15 faizi banklardan götürülmüş kreditlərdir, qalanı isə vətəndaşların, yaxud sahibkarların, hüquqi şəxslərin öz vəsaitləridir. Elə bu rəqəmin özü göstərir ki, burada ciddi anromallıq var”.

“Bank maliyyələşdirməsi olmadan iqtisadiyyatın inkişafı mümkün deyil”

Millət vəkili əlavə etdi ki, banklar dünyanın hər yerində iqtisadiyyatın qan-damar sistemidir: “Bank maliyyələşdirməsi olmadan iqtisadiyyatın inkişafı mümkün deyil. Onsuz da bizim bir çox banklarımız xarticdən vəsait cəlb edirlər, sonra onun da üzərinə bizr az pul qoyub sahibkarlara verirlər. Hörmətli Tahir müəllim, faizlər yuxarı olduğuna görə, Azərbaycanda 7 milyard sərbəst vəsait qalıb. Ona görə ki, o faizlərlə heç kim kredit götürmək istəmir. Onu sonra qaytarmaq faktiki olaraq mümkün deyil. Elə bir gəlirli sahə yoxdur ki, o vəsaiti qaytarmaq mümkün olsun. Ona görə də, 10 milyonluq Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır. Buna görə, mən söyləyirdim ki, dünyadakı nüfuzlu xarici banklar Azərbaycana dəvət olunsun, investisiya cəlb edilsin. Öz Neft Fondumuzun vəsaitinin bir hissəsi gətirilib yerli banklarda saxlanılsın. Onda vətəndaşlar da həmin banklara öz pullarını qoyacaqlar. Fikirləşəcəklər ki, əgər dövlət yerli banklarda, özəl kommersiya banklarında pulunu saxlaylrsa, deməli biz də həmin banklara öz pulumuzu qoya bilərik. İndi evlərdə çoxlu böyük vəsaitlər var. Camaat həmin pulları evlərdə saxlayır və iqtisadiyyata yatırmağa cəsarət eləmir, risk etmirlər. Ona görə mən bu məsələni hər dəfə qaldırıram. Bir məsələni istəyirəm xüsusilə iqtisadiyyat komitəsinin üzvlərinin diqqətinə çatdırım. Ona görə ki, onlar hökumətlə bu istiqamətdə daha çox təmasda olurlar. Bizdə neft pulları Tahir müəllim qeyd etdi ki, büdcəyə daxil olur və onu büdcə vasitəsilə dövlət xərcləyir. Mən hər zaman söyləmişəm ki, xaricdə öz biznesini qura bilməyən insanlar dövlət qulluğuna gedirlər. Əsasən bu belədir, əlbəttə istisnalar da var. Ona görə də biz, imkan yaratmalıyıq ki, həmin pulları banklar vasitəsilə sahibkarlar xərcləsin. Sahibkar təfəkkürü fərqlidir. Onlar daha yaxşı bilirlər, pulu hara qoymaq və hardan daha çox qazanc götürmək olar. İndi kimsə deyə bilər ki, əlbəttə bizdə sahibkarlığa yardım fondu vasitəsilə də sahibkarlara ucuz kreditlər formasında müəyyən vəsaitlər verilir. Söhbət təqribən 200 milyon vəsaitdən gedir ki, biz bunu büdcədən ayırırıq. Bu olduqca kiçik bir vəsaitdir. İkincisi orada da məmur müəyyənləşdirir ki, bu layihəni maliyyələşdirmək olar, yoxsa yox. Amma bunu banklarla sahibkarların öz öhdəsinə buraxmaq lazımdır. Sahibkarlara o neft pullarından istifadə etmək imkanı yaradılmalıdır. O xalqın vəsaitləridir və banklar vasitəsilə də sahibkarlar o vəsaitdən istifadə eləməlidirlər. Ona görə, mən hər zaman söyləyirəm ki, ucuz kreditlər olmadığı təqdirdə, Azərbaycanda iqtisadiyyata ciddi investisiya qoyuluşu olmayacaq. İndi qarşıdan büdcə müzakirəsi gəlir. Çox təəsüf, ki bu məsələ yubanır, il başa çatır və biz büdcəni təsdiq etməliyik. Bu məsələyə də aydınlıq gətirilsəydi yaxşı olardı…”.

Previous Post

“Sahibkarlara neft pullarından istifadə etmək imkanı yaradılmalıdır”

Next Post

Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

Bənzər yazılar

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44

Taksi sifarişi və qida çatdırılması xidmətləri göstərən Amerikanın "Uber Technologies Inc." şirkəti idarəetmə pillələrinin azaldılmasına yönəlmiş miqyaslı yenidənqurma çərçivəsində qlobal...

Putin Mertsin siyasəti barədə sərt danışdı

Putin Mertsin siyasəti barədə sərt danışdı

02 Sentyabr 2026 - 15:00

"Almaniya kansleri Fridrix Merts ölkə vətəndaşlarının maraqlarını müdafiə etmir, əksinə, onları qurban verir". Elchi.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir...

BM-dən kritik xəbərdarlıq: 1,5 dərəcəlik hədd bir neçə ilə aşılacaq

BM-dən kritik xəbərdarlıq: 1,5 dərəcəlik hədd bir neçə ilə aşılacaq

02 Sentyabr 2026 - 11:57

Birləşmiş Millətlər Təşkilatı 141 səhifəlik hesabatda iqlim dəyişikliyinə qarşı mübarizədə ən vacib həddi olan 1,5 dərəcəlik həddi bir neçə il...

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26

İran Prezidenti Məsud Pezeşkiyan Tehranın ABŞ ilə qarşıdurmadan qalib çıxacağına əmindir. Elchi.az xəbər verir ki, bu barədə Pezeşkiyan Rusiya Prezidenti...

Next Post

Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

“Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir” – Putin

"Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir" - Putin

Son xəbərlər

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

02 Sentyabr 2026 - 20:25
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

02 Sentyabr 2026 - 18:40
Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

02 Sentyabr 2026 - 18:28
Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

02 Sentyabr 2026 - 18:16
ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.