"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sahibə Qafarova Vyetnamın Baş prokuroru ilə görüşüb

08 İyun 2026 - 16:39
in SİYASƏT
FacebookVatsap

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bunu da oxuyun

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Elchi.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri bu səfərin Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Söhbət zamanı iki ölkə arasında dost münasibətlərin təməlinin hələ ötən əsrdə Ulu Öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr dinamik inkişaf edib.

Görüşdə ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunub, Azərbaycan Prezidentinin Vyetnama, Vyetnam Prezidentinin isə Azərbaycana səfərlərinin münasibətlərimizin dinamikasını müəyyən etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Bu baxımdan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətindən danışan Milli Məclisin sədri, Vyetnamı bu platformada fəal iştiraka dəvət edib.

Spiker qonağa Milli Məclisin ölkənin qanunvericilik sisteminin təkmilləşdirilməsi sahəsində fəaliyyəti kontekstində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı əməkdaşlığı, Azərbaycanda müasir parlamentin strukturu, beynəlxalq fəaliyyəti, parlamentdə partiyaların təmsilçiliyi barədə məlumat verib. Qeyd olunub ki, iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyasının səmərəli əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Söhbət zamanı Milli Məclisin sədri Vyetnam parlamenti ilə qarşılıqlı əməkdaşlıq, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, parlamentlər arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüş üçün təşəkkürünü bildirən Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyen Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb, ölkəmizə səfəri barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsini məmnunluqla qeyd edərək, bu baxımdan COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayıb.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan Baş prokurorluğu arasında imzalanmış sənədlərin əhəmiyyətindən və əməkdaşlığın perspektivlərindən danışıb. O, qeyd edib ki, bu gün Vyetnam və Azərbaycan Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramı cinayətkarlıqla mübarizə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Previous Post

FAO: Dünyada şəkər 7%-dən çox bahalaşıb

Next Post

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

Bənzər yazılar

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir

24 Noyabr 2026 - 17:53

Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili arasında...

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər

24 Noyabr 2026 - 11:59

İndoneziya Prezidenti Prabovo Subianto 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana səfər edə bilər. Elchi.az...

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24 Noyabr 2026 - 11:30

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Elchi.az xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli tədbir iştirakçıları! Sizi İğdır...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

24 Noyabr 2026 - 11:03

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Next Post
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

Türkiyə XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi

Türkiyə XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vyetnamda yeddi il kanalizasiyada yaşayan kişi evinə qaytarılıb

Vyetnamda yeddi il kanalizasiyada yaşayan kişi evinə qaytarılıb

24 Noyabr 2026 - 18:07
Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir

24 Noyabr 2026 - 17:53
Hörmüz boğazında bir sutka ərzində dörd tanker minaya düşüb

Hörmüz boğazında bir sutka ərzində dörd tanker minaya düşüb

24 Noyabr 2026 - 17:48
İsrail ordusu HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini zərərsizləşdirib

İsrail ordusu HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini zərərsizləşdirib

24 Noyabr 2026 - 17:27
Böyük Britaniyada yay istiləri 5,2 mindən çox insanın həyatına son qoyub

Böyük Britaniyada yay istiləri 5,2 mindən çox insanın həyatına son qoyub

24 Noyabr 2026 - 17:08
Almaniyanın döyüş robotu Britaniya ordusunun rəqəmsal şəbəkəsinə inteqrasiya edilib

Almaniyanın döyüş robotu Britaniya ordusunun rəqəmsal şəbəkəsinə inteqrasiya edilib

24 Noyabr 2026 - 16:59
Kiçik sahibkarlıq subyektlərinə güzəşt tətbiq olunacaq

Kiçik sahibkarlıq subyektlərinə güzəşt tətbiq olunacaq

24 Noyabr 2026 - 16:51
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

24 Noyabr 2026 - 16:45
Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıtda evdən oğurluq edən şəxs saxlanıldı

24 Noyabr 2026 - 16:45
Sabahdan Bakıda yağış, bəzi rayonlara qar yağacaq – XƏBƏRDARLIQ

Sabahdan Bakıda yağış, bəzi rayonlara qar yağacaq – XƏBƏRDARLIQ

24 Noyabr 2026 - 16:38
Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq, vətənpərvərlik şüurunu formalaşdırılmasına xidmət edəcək

Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq, vətənpərvərlik şüurunu formalaşdırılmasına xidmət edəcək

24 Noyabr 2026 - 16:25
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

24 Noyabr 2026 - 16:17
Şəkərli diabet xəstələləri üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişib

Şəkərli diabet xəstələləri üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişib

24 Noyabr 2026 - 16:09
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib

Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib

24 Noyabr 2026 - 16:02
Kəlbəcər – Zəfər tariximizin şanlı səhifəsi

Kəlbəcər – Zəfər tariximizin şanlı səhifəsi

24 Noyabr 2026 - 15:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.