"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Sahibə Qafarova Latviyanın Baş naziri ilə görüşüb

03 Fevral 2022 - 15:27
in SİYASƏT
FacebookVatsap

Milli Məclisin sədri Sahibə Qafarova Latviyaya rəsmi səfər çərçivəsində bu ölkənin Baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb.

Bunu da oxuyun

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən xəbərə görə, Baş nazir Azərbaycan nümayəndə heyətini salamlayaraq, qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Latviyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirən Baş nazir 15 il əvvəl iqtisadiyyat naziri kimi, Azərbaycana səfər etdiyini xatırladıb. O, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu gün geniş iqtisadi potensiala malik olduğunu vurğulayıb. Arturs Krişyanis Karinş deyib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, bundan sonra da mövqeyinə sadiq qalacağını qeyd edib.

Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töfhələrini, COVİD-19 qlobal pandemiyasına qarşı mübarizədəki rolunu yüksək qiymətləndirib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib. Səmimi qəbul və ölkəmiz haqqında xoş sözlərə görə təşəkkür edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın parlament sədri kimi Latviyaya ilk səfərindən məmnunluğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb, ölkəmizin ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. Spiker iki ölkə arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini söyləyib, xüsusilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu deyib. Bu gün Azərbaycanda Latviya investisiyaları üçün yaxşı imkanların olduğunu bildirən Milli Məclisin sədri Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən, Ələt iqtisadi zonası, işğaldan azad edilmiş ərazilərdə yaradılan yaşıl enerji zonası, sənaye, aqroparklar haqqında məlumat verib. Latviya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edib. Həmçinin, hökumətlərarası komissiyanın fəaliyyətinin və biznes forumların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Sahibə Qafarova Latviyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında da məlumat verib.
Görüşdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. 10 noyabr 2020-ci il tarixdə imzanalanmış üçtərəfli bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Spiker deyib ki, Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.

Görüşdə Milli Məclisin sədri həmçinin, regionda nəqliyyat və yeni kommunikasiya imkanları haqqında məlumat verib. Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə danışıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Latviyanın Baş naziri ilə görüşüb
Sahibə Qafarova Latviyanın Baş naziri ilə görüşüb
Sahibə Qafarova Latviyanın Baş naziri ilə görüşüb
Previous Post

Sahibə Qafarova Latviyanın Baş naziri ilə görüşüb

Next Post

Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq

Bənzər yazılar

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

15 Sentyabr 2026 - 16:09

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu...

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə...

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib. Elchi.az-ın məlumatına görə, bu...

XİN: Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu

XİN: Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu

15 Sentyabr 2026 - 09:42

Azərbaycan Xarici İşlər Nazirliyi Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib. Elchi.az xəbər verir...

Next Post
Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq

Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq

Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq

Şuşa Bəyannaməsi TBMM-də təsdiqlənmək üçün müzakirəyə çıxarılacaq

Son xəbərlər

“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı

“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı

15 Sentyabr 2026 - 16:13
Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

15 Sentyabr 2026 - 16:09
Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24
Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.