"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şah damarım – İBRAHİM YUSİFZADƏNİN DOĞUM GÜNÜNƏ

10 İyun 2019 - 15:51
in XƏBƏR LENTİ
FacebookVatsap

Anar Yusifoğlu

Bunu da oxuyun

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Yardımlıya gedirdik, maşını mən sürürdüm. Birdən qarşıda uzun müddətdir qardaşımın ayağının altını qazan, onun haqqında olmazın şər-böhtan danışan, nüfuzdan salmağa çalışan həmkəndlimi gördüm. Heç vaxt icazə verməmişdi ki, bu adama qarşı hansısa hərəkət edəm. Ona görə illərin hikkəsi yığılıb qalmışdı içimdə.
Bilirdim ki, yenə də hansısa addım atmağa imkan verməyəcək. Ona görə yolun ortasındakı çalada yığılan çamura yaxınlaşanda maşını yavaşıtdım – istəyirdim, həmin şəxs də o çalaya yaxınlaşsın, bərabərləşəndə heç olmasa üst-başını palçığa batırmaq fürsəti əldə eləyim.
Qağamın başının söhbətə qarışıq olduğunu zənn etməkdə yanılmışdım. Niyyətimi hiss elədi:
– Saxla maşını! – dedi.
– Qoy, bu çalanı keçim, rahat yerdə saxlaram, – deyib özümü bilməz kimi göstərdim.
– Yox, elə indi saxla!
Saxladım. Dərhal maşından endi, illərlə işi-peşəsi ona pislik etməklə keçmiş adama sarı yönəldi. Və…
Həmkəndlim yolunu dəyişib dərəyə endi, Qağam da ardınca. Adam üz-üzə gəlməmək üçün yenidən yola qalxdı, yenə Qağam qarşısına çıxdı və adıyla hayladı:
– Xeyri yoxdu, mənim salamımı almamış burdan keçə bilməyəcəksən – deyə yolunu kəsdi.
– İbrahim, məni öldürdün, vallah, yer aralansaydı, yerə girərdim, – həmkəndlim dedi.
Heç nə olmayıbmış kimi Qağam adamla isti-isti görüşdü, xeyli hal-əhvallaşdı…
Bu hadisənin üstündən 20 ilə yaxın zaman keçib. Nə o vaxt soruşdum bunun səbəbini, nə də sonra. Amma indi özüm anlamağa başlayıram, deyəsən.
Qağam nəsilə ancaq dost qazanıb, düşmən yox!
lll
50 ildir kənddə yaşamır Qağam. Ancaq məzuniyyətinin bir hissəsini mütləq kənddə keçirir. El-obada gördüyü iş isə həm də küsülüləri barışdırmaq olur…
Hər dəfə barışdırma mərasimindən sonra bir adamın üstündə qərarlaşırdı fikir. Məlum olurdu ki, aranı qatan, söz aparıb-gətirən, şayiə yayan odur.
Bir dəfə incikliyi unutdurub hamını yenə bir süfrə arxasında oturtmağa nail olandan sonra həmin adamı da çağırdı – açdı sandığı, tökdü pambığı. Axırda naəlac qalan adam niyyətini etiraf etməyə məcbur oldu:
– Ağılları varsa, qatılmasınlar da, niyə mənim sözümə uyurlar?
Qağama də elə bu lazım idi:
– Camaat, eşitdiz dediyini? Niyə bu adama imkan verirsiz ki, sizi ələ salsın? Yəqin aranı qarışdırandan sonra sizə içində gülür də. Bundan sonra kim heç nədən söz-sov salsa, artıq onun ağlına şübhə edəcəyəm…
lll
…Elimizdə məşhur məsələ çevrilən bir hadisə də var.
Bir dəfə Qağam kənddən qayıdanda qonşu obada yaşayan ağsaqqal qohumumuzu görür. Qohum atamdan inciyibmiş, “ənənəyə” uyğun hamımızla küsü saxlayırmış.
Qağam maşından enib ağsaqqala tərəf gedir. Qardaşımın xarakterini bilən qohum dərhal üzünü çevirib addımını yeyinlədir. “Qaçdı-qovdu” başlayır. Axır ki, qohum bir hasara dirənib qalır – getməyə yer olmadığından naəlac geri çevrilir. Qağam deyir ki:
– Əmi, belə səndən qorxuram, sənə yaltaqlanıram, başına dönüm, salamımı al, çıxım gedim.
Əmim Qağamın boynuna sarılıb, hönkür-hönkür ağlayır.
Odu-budu, bizim eldə kimsə bir-birindən incik düşəndə Qağamın məsələ çevrilən bu hərəkəti köməyə gəlir.
Bir dəfə cəsarətlənib bu addımının səbəbini soruşdum:
– Bizim onlardan başqa kimimiz var ki! – dedi. – Doğmalarsız, dostsuz həyat nəyə lazımdır?
lll
Qağam kimi yol yoldaşını ancaq arzulamaq olar. Bu adamla səfərə çıxmağın özü bir xoşbəxtlikdi. Onunla darıxmaq mümkün deyil, söhbətindən doymaq olmur, baməzə hərəkətləri ancaq fərəh gətirir.
Ən gərgin anlarda, ən çətin günlərdə belə Qağamla bir anlıq ünsiyyətə girmək kifayətdir ki, bütün ovqatın, mübarizə əzmin yerinə gəlsin.
Qağam həm də hamımızın güvənc yerimiz, istinadgahımızdır…
Ağır qəza olmasa da, maşını möhkəm əzmişdim, qanım qaraydı. Gecə yarı olduğundan Qağama xəbər eləməyə qıymırdım. Bir də içimdə bir qorxu da vardı: bu yaşda belə idealımın ümidlərini doğrultmamaqdan doğan narahatlıq içimi gəmirirdi.
Təbii ki, xəbər tutmuşdu və anında da gəldi. Bizə yaxınlaşanda bir üzümə baxdı, bir də dostlara nəzər saldı:
– Bir dəmir nədir ki, bu qədər üzülmüsünüz? Canınız sağ olsun. İçməmisiz, artıq hərəkət eləməmisiz ki, utanasız da! Hadisədir də, olub.
Dostların qırışığı açıldı, elə mənim də. Amma Qağamın heç vaxt unutmayacağım sözü bundan sonra oldu:
– Anarın bir telinə yüz maşın qurban olsun. Şükür ki, salamatlıqdır…
lll
Mən Ondan tərbiyə almışam, məni böyüdən, cəmiyyətə hazırlayan o olub.
Uşaq vaxtı əlimdən tutub böyüklərin məclisinə aparardı, məni onlarla ünsiyyətə çağırardı. Deyərdi, istəyirəm Anar özünü ifadə etməkdə çətinlik çəkməsin, onunla bağlı arzularım var.
Nə idi arzuları, məni necə görmək istəyirdi?
Bu yaxınlarda 8-ci sinifdə oxuyarkən xatirə dəftərimə yazdığı qeydlərinə bir daha nəzər saldım. 27 il öncə mənə yazmışdı: “Əziz qardaşım Anar. Qeyrətli, namuslu, vicdanlı, təmiz bir adam ol həyatda. Valideynlərinə, özündən böyüklərə, bütün qohum-əqrəbaya hörmətlə yanaş ki, sənin də onların arasında hörmətin olsun.
Sənə uzun ömür, can sağlığı arzulayıram.
Səninlə fəxr eləyən, arxan, dirəyin, köməyin və sənə ümidlər bəsləyən qardaşın İbrahim Yusifzadə. 27.05.1989”.
Mən bütün həyatım boyu bu sözlərlə yaşamağa, bu ümidləri doğrultmağa çalışdım, bundan sonra da çalışacam.
Təki Qağam məni özünə layiq qardaş saysın!
lll
Qağam rayon mərkəzində işləyirdi, ancaq şənbə-bazar, istirahət günləri kəndə gəlirdi.
Şənbə-bazarları elə həsrətlə gözləyirdim ki!
Çox vaxt məktəbdə dərs qurtaran kimi qaçıb dağın başına çıxırdım, kəndimizi rayonla birləşdirən yola dikilirdim.
Bilirdim ki, bu gün Qağamın gələn günü deyil; bilirdim ki, bu gün bu yollar heç bir halda Qağamı gətirməyəcək.
Amma yola saatlarla dikilib qalırdım.
Bu yollar Qağamın soraqçısıydı…
Aradan illər keçib – indi eyni şəhərdə, eyni binada yaşayırıq, istənilən vaxt görüşmək imkanımız var, müasir texnologiya hər an onun səsini eşitmək imkanı verir mənə.
Amma indi görüşlərimizi şərtləndirən səbəb də lazımdır, axı: iş-güc, ev-eşik, bitməyən qayğılar.
Tez-tez onu görməyin “min bir bəhanəsini” düşünürəm. Bu düşüncələr kənddə baxdığım yolların başqa şəklidir mənimçün…
lll
İbrahim müəllim – diplomunu almaq çox çətin olan böyük bir həyat məktəbidir: həyatın özüdür sanki, bu məktəbi ömrünün sonuna kimi öyrənsən də, bitməz, tükənməz.
İbrahim müəllim – hər zaman hamının pay götürməsi mümkün olan böyük bir işıqdır.
İbrahim müəllim – təkcə Böyük qardaş deyil, həm də Böyük dost, Böyük məsləhətçidir.
Ötən il iyunun 10-da, Qağamın ad günündə demişdim ki, sən mənim şah damarımsan.
Mən özümü bu “şah damarsız” təsəvvür etmirəm.
Tanrı hamıya Qağam kimi dost, Qağam kimi mayak, Qağam kimi işıqlı qardaş qismət etsin.

Previous Post

Şah damarım – İBRAHİM YUSİFZADƏNİN DOĞUM GÜNÜNƏ

Next Post

Ağcabədidə yeniyetmə qız intihar edib

Bənzər yazılar

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Elchi.az -ın məlumatına görə, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab...

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34

ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılmasını təsdiqləyib. Elchi.az  xəbər verir ki, bu barədə o, "Truth Social" sosial...

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarka Hərbi Hava Qüvvələrinin (HHQ) "Fennec" tipli helikopteri ilə bağlı insidentə görə bu ölkənin səfiri...

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə,...

Next Post
Ağcabədidə yeniyetmə qız intihar edib

Ağcabədidə yeniyetmə qız intihar edib

Ağcabədidə yeniyetmə qız intihar edib

Ağcabədidə yeniyetmə qız intihar edib

Son xəbərlər

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.