"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şagirdlərin geyim formaları müəyyənləşib – FOTO

18 Mart 2022 - 13:43
in CƏMİYYƏT
FacebookVatsap

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib.

Bunu da oxuyun

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Elchi.az-ın xəbərinə görə, bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir.
Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri dövlət ümumi təhsil müəssisəsi (bundan sonra – məktəb) təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən edir. Bu Sənəd xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarına şamil edilmir. Təhsilalanlar məktəbdə və təntənəli məktəb tədbirləri ilə bağlı məktəbdən kənarda olduqları müddətdə bu Sənədlə müəyyən edilmiş geyim formalarını geyinirlər. Geyim forması müəyyən edilmiş təsvirlərə uyğun olmalıdır. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solma- yan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.

Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

– qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və

ətək;

– oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və

şalvar;

– qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;

– oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Təhsilalanların geyim formalarının təsviri:

– oğlanlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;

– qızlar üçün ətək – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi- yaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Yarımdairə klyoş ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli olur. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Ətəyin sağ yanda kəmər hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır;

– qızlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi- yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan bir tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi vardır. Şalvar ön və ya yan hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;

köynək:

– qısaqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir;

– uzunqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir. Köynəyin forması polo tiplidir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir;

– önü bağlanılan cibli jaket – rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir. Jaket birbortludur, bort zəncirbəndlə açılıb- bağlanılır, arxası bütövdür. Kəsmə yan cibi, yaxalığı, ətəyi və qol manjetləri ikiqat toxunuşludur.

Məktəblər üçün bu Sənəddə nəzərdə tutulmuş 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.Foto

Şagirdlərin geyim formaları müəyyənləşib - FOTO

Previous Post

Şagirdlərin geyim formaları müəyyənləşib – FOTO

Next Post

20-26 martda “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

Bənzər yazılar

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37

Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az  xəbər verir ki,...

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az - a...

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə ona verilən qiymətə görə təşəkkür edib. Elchi.az -ın məlumatına görə, o, bu barədə...

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibətilə təntənəli...

Next Post
20-26 martda “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

20-26 martda “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

20-26 martda “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

20-26 martda “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

Son xəbərlər

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Ronaldo çıxış etdiyi klubu ala bilər

Ronaldo çıxış etdiyi klubu ala bilər

15 Sentyabr 2026 - 19:28
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər

15 Sentyabr 2026 - 19:20
Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

Mikayıl Cabbarov İsveçrədə: 10-cu iclas keçirildi

15 Sentyabr 2026 - 19:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.