Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Abdul Abusəməd oğlu Babayev və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Gültəkin Zəbulla qızı Babayeva üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb
Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı baş verib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN),...





















Son şərhlər