Sabirabadın Nizami kəndində ağır yol qəzası olub, ölən və yaralananlar var.
Elchi.az Report-a istinadla xəbər verir ki, hərəkətdə olan “Mersedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin – Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb.
Qəza zamanı digər sərnişinlər – Ağcabədi rayon sakinləri 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bakıda körpə eyvanda anasının qucağından düşərək öldü
Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır. Elchi.az xəbər verir ki, aprelin 26-da saat 8...