Sabahın hava proqnozu AÇIQLANDI

🗓 21.12.2023 12:39 ✍️ "Elçi" qəzeti
Sabahın hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində dekabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz əsasən dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Bənzər yazılar