Sabahdan metronun bəzi stansiyaları bu saatda bağlanacaq

117

Sabahdan oktyabrın 1-nə qədər Bakı Metropoliteni QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.

Bu barədə Elchi.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır:

“Odur ki, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq”.