Saatlıda dəhşətli intihar: yeznə və baldız özlərini asdılar

🗓 19.07.2014 16:25 ✍️ "Elçi" qəzeti
Saatlıda dəhşətli intihar: yeznə və baldız özlərini asdılar
İyulun 19-na keçən gecə, saat 04:00 radələrində Saatlı rayonu Məmmədabad kəndində iki nəfər intihar edib.intihar_1405757700 Saatlı rayonu Polis şöbəsinin növbətçi hissəsindən bildirilib ki, özlərinə qəsd edənlər Məmmədabad sakinləri olan qohumlardır.

Belə ki, 11.12.1993-cü il təvəllüdlü Askanov Mürşüd Cümşüd oğlu və 11. 02. 1997-ci il təvəllüdlü Ağaşova Şəfəq Əlşad qızı kənddəki meşədə özlərini iplə ağacdan asaraq intihar ediblər. 

“İntiharın səbəbləri bilinmir. Hadisəylə bağlı cinayət işi açılıb”.
Kənd sakinləri isə intihar edənlərin yeznə-baldız olduğunu söyləyiblər.

Bənzər yazılar