Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək üçün 14 ölkədə “SaveMisha” adlı beynəlxalq aksiya keçiriləcək.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “Novosti-Gruziya” xəbər verir.
Bundan əvvəl müxalifətçi, hüquqşünas Mark Feyqin və Ukrayna prezidentinin ofisinin müşaviri Aleksey Arestoviç məlumat verib.
Mitinqlər və oturaq aksiyalar Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Frankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Bern, Sofiya, Barselona, Afina və Tel-Əvivdə keçiriləcək.
Tədbirlərin Gürcüstanda da keçirilməsi planlaşdırılır. Saakaşvilinin tərəfdarları saat 18:00-da Tbilisidə Sülh körpüsündə, Kutaisidəki keçmiş parlament binasında, keçmiş baş nazir Bidzina İvanişvilinin Şekvetel kəndindəki evində, həmçinin Batumi, Zuqdidi, Rustav, Qori və Telavda toplaşacaqlar.
Yeganə