Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qərb dövlətlərinə seçkilərdə qalib gəldikdən sonra Gürcüstanın prezidentliyinə vahid namizəd irəli sürməyi təklif edib.
Elchi.az TASS.ru-ya istinadən bildirir ki, bu barədə “Gürcüstan Online” saytı xəbər verib.
Saakaşvili sosial şəbəkədəki səhifəsində yazıb ki, ölkə prezidentinin bugünkü çıxışı və ümumilikdə yaradılan siyasi ab-hava oliqarxın qüdrətinin sarsıldığını açıq şəkildə təsdiqləyir.
“Eyni zamanda Salome Zurabişvili hər zaman dediyimi təkrarladı: müxalifət partiyaları bir-birini ittiham etməyi dayandırmalı, əvəzində oliqarxı hədəfə almalıdır. O, digər müxalifət qruplarını tənqid etməkdən imtina edir və demək olar ki, həmişə onların hücumlarını cavabsız qoyur”, -deyə Mixail Saakaşvili qeyd edib.
Yeganə