"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Saakaşvili qatil imiş

22 Avqust 2014 - 21:25
in XƏBƏR LENTİ
FacebookVatsap

Publika.az-a müsahibəsində Gürcüstan parlamentinin “Gürcü arzusu” blokundan seçilmiş azərbaycanlı img1616820deputat Mahir Dərziyev baş nazir İrakli Qaribaşvilinin Ermənistan səfərində qondarma erməni soyqırımı abidəsini ziyarət etməsini və sabiq prezident Mixail Saakaşviliyə qarşı sürülən ittihamları şərh edib.

Bunu da oxuyun

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

 

– Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 21-də Ermənistanın baş naziri Ovik Abramyanla bərabər İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edib. Bu addım Azərbaycan-Gürcüstan münasibətləri üçün nə vəd edir?
 – Bu addımın Azərbaycan-Gürcüstan münasibətlərinə heç bir təsiri ola bilməz. Çünki bundan əvvəl Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında görüş olub. Üçtərəfli görüşlər Tiflis və Ankarada da davam etdiriləcək. Artıq dünyanın bir çox tanınmış analitikləri də bunu bölgədə yeni hərbi əməkdaşlığın yaranması kimi qəbul edirlər. Açıq şəkildə deyirəm ki, Azərbaycanın hər hansı narahatlıq keçirməsinə səbəb yoxdur. Qoy ermənilər narahat olsunlar. Digər tərəfdən, hər bir ölkənin öz milli maraqları olur. Siz bu sualı verməklə məsələyə Azərbaycanın maraqları prizmasından yanaşırsınız. Mən isə bunu düzgün hesab etmirəm. Çünki Gürcüstan müstəqil dövlətdir və öz milli maraqları var. Gürcüstanın dövlət maraqlarında ilk olaraq Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərin saxlanılması dayanır. Gürcüstanın Milli Təhlükəsizlik Konsepsiyasında da Azərbaycan və Türkiyə ölkənin strateji müttəfiqləri hesab olunur.
 Ermənistan isə Gürcüstanla yalnız dost ölkədir. Ermənistanda mövcud olan qondarma erməni soyqırımı abidəsini indiyədək təkcə Gürcüstanın baş naziri deyil, dünyanın bir çox dövlətlərinin rəhbərləri ziyarət edib. Bu da protokol qaydaları ilə bağlıdır. Hesab edirəm ki, bu cür məqamlardan Azərbaycan və Gürcüstan arasında münasibətlərlə bağlı hər hansı nəticələr çıxarmaq doğru deyil. İndi iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Son vaxtlar Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tiflisdə görüşü, daha sonra isə üç ölkənin müdafiə nazirlərinin görüşü münasibətlərin necə olması üçün ən yaxşı nümunədir.
 
– Amma Gürcüstan Parlamentində təmsil olunan digər azərbaycanlı deputat Azər Süleymanov iki ölkə arasında münasibətlərin vəziyyəti ilə bağlı sizin dediklərinizin əksini söyləyir…    
– Birincisi, Azər müəllim müxalifətdə olduğu üçün belə söyləyir. Mən isə iqtidarda təmsil olunuram. İqtidar təmsilçisi kimi deyirəm ki, bizim münasibətlər bu gün ən yüksək səviyyədədir. Azərbaycan ilə Gürcüstan arasında mövcud olan münasibətlər Saakaşvilinin hakimiyyəti dövründən də yüksək səviyyədədir. Gürcüstan müxalifətin nə deməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər çox yüksəkdir. Mən gürcü cəmiyyətinin rəyini də yaxşı bilirəm. Onlar da Azərbaycanı etibarlı qonşu və dost ölkə kimi görürlər.
– Azər Süleymanov həm də deyir ki, bu yaxınlarda Gürcüstan parlamentində qondarma erməni soyqırımı məsələsini də gündəmə gətirmək istəyiblər. Sizcə, indiki hakimiyyətin dövründə qondarma erməni soyqırımı Gürcüstan parlamentində tanına bilərmi?  
 
 – Sizə açıq deyim ki, bu il də qondarma erməni soyqırımı məsələsi ilə bağlı cəhdlər oldu. Özü də Azər müəllimin təmsil olunduğu partiyanın erməni deputatı tərəfindən. Ancaq İndiki hökumət bu məsələnin gündəliyə çıxarılmasına imkan vermədi. Ancaq Saakaşvilinin iqtidarda olduğu dövrdə bu məsələ tez-tez gündəmə gətirilirdi, şou xarakterli addımlar atılırdı. Ermənilər təkcə Gürcüstanda deyil, dünyanın hər yerində bu məsələdə nəyəsə nail olmağa çalışırlar. Ancaq indiki hakimiyyət dövründə Gürcüstan buna əsla yol verilməyəcək. Çünki bu, ilk növbədə Gürcüstanın milli maraqlarına uyğun deyil. Gürcüstan milli maraqlarına uyğun olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşı saxlanılmasına böyük önəm verir.
– Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda azərbaycanlıların vəziyyətinin indikindən daha yaxşı olduğu barədə fikirlər səslənir. Bu cür fikirlərlə nə qədər razısınız?  
 – Bir azərbaycanlı kimi tam səmimi danışmaq istəyirəm. Mixail Saakaşvili dövründə Azərbaycana və azərbaycanlılara qarşı dostluq münasibətləri heç zaman səmimi olmayıb. Gürcüstanda azərbaycanlıların məscidlərinə qarşı olan hücumlar, Faxralı məscidi ilə bağlı hadisələr və digərlərinin hamısı Saakaşvilinin əməlləri idi. Onun hakimiyyətdə olduğu dövrdə azərbaycanlıların Gürcüstanda ali dövlət orqanlarına inteqrasiyası ilə bağlı heç bir iş görülmədi. Saakaşvilinin hakimiyyəti dövründə müəyyən işlər görülmüşdü. Amma bunlar ümumi proseslərin təbii nəticəsi idi. Saakaşvilinin gördüyü işlər ancaq özünün reklamı idi. Azərbaycanlıların buradakı məscidlərinə qarşı baş verən hadisələrin hamısını Saakaşilinin komandası və xüsusi xidmət orqanları törədirdi. Sonra da yalandan deyirdilər ki, guya bunları dövlət deyil, keşişlər edir. Amma bütün bunların hamısını Mixail Saakaşvili daxili işlər naziri Vano Merabişvili və xüsusi xidmət orqanlarının əli ilə həyata keçirirdi. Bundan əlavə, Saakaşvilinin hakimiyyəti dövründə milli azlıqların, o cümlədən azərbaycanlıların qabiliyyətli, ləyaqətli və iddialı nümayəndələri şərlənərək ölkədən didərgin salınır, həbs edilirdi. Saakaşvili milli azlıqlara qarşı qənim kəsilmişdi. Onun milli azlıqlarla bağlı siyasəti düzgün qurulmamışdı. Öz xalqına dost olmayan bir adam Azərbaycanla necə dost ola bilər? Sadəcə olaraq, Saakaşvili Qərbin bəlli bir ssenarisində yer alan adam idi. O, Qərbin maraqlarını Gürcüstanın milli maraqlarını nəzərə almadan həyata keçirirdi. Bunun nəticəsində də 2008-ci ildə Saakaşvilinin ağılsız siyasəti nəticəsində Gürcüstan Rusiya ilə müharibəyə cəlb olundu, torpaqlarının bir hissəsini itirdi.
 
  – Yeri gəlmişkən, hazırkı hakimiyyət Saakaşviliyə qarşı bir sıra cinayət ittihamları irəli sürüb…  
 – Bizim iqtidarın Saakaşvili iqtidarından fərqi ondan ibarətdir ki, biz qanunun haradan başlayıb harada bitdiyini dəqiq bilirik. Bu gün Saakaşviliyə və onun dövründə çalışmış bir neçə məmura qarşı Gürcüstanın Baş Prokurorluğu tərəfindən 6-7 maddə üzrə ittiham irəli sürülür. Saakaşvili ağır cinayətlərdə ittiham olunur. ABŞ və digər dövlətlərin Gürcüstandakı səfirləri də bu prosesi yaxından izləyir.
 Hamı qanun qarşısında bərabərdir. Əgər Avropada hər hansı dövlət başçısının böyük bir vəsaiti mənimsəməsi faktı ortaya çıxsaydı, o adam ilk növbədə özü dərhal istefa verərdi. Saakaşvili hazırda ona qarşı irəli sürülən ittihamlarla əlaqədar Gürcüstanda daxili axtarışa verilib. Bu o deməkdir ki, Saakaşvili Gürcüstana gələn kimi dərhal həbs olunacaq.
Onun barəsində həbs qətimkan tədbiri seçilib. Yəqin ki, yaxın günlərdə İnterpol xətti beynəlxalq axtarışa veriləcək.
 
– Mixail Saakaşvilinin milli azlıqlara qarşı bir çox cinayətlərdə iştirak etdiyini söylədiniz. Konkret azərbaycanlılara qarşı hər hansı cinayət törətməsi barədə fakt varmı?  
 – Konker olaraq deyim ki, Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın ölümü araşdırılır. Çünki Gürcüstanda onun ölümü ilə bağlı müəyyən şübhələr var. Güman olunur ki, keçmiş baş nazir qətlə yetirilib. 2006-cı ildə azərbaycanlı soydaşımız Raul Yusifov da onunla bərabər qətlə yetirilib. Hazırda bununla bağlı cinayət işi aparılır. Bütün bunların hamısı Saakaşvilinin göstərişi ilə törədilib. Bu, artıq cəmiyyətdə də heç bir şübhə doğurmur. Bundan əlavə, Saakaşvilinin göstərişi ilə xeyli sayda azərbaycanlı iş adamı vergidən yayınmaq adı ilə şərlənərək həbs olunub. Həmin azərbaycanlılar yeni hökumət gələndən sonra azadlığa buraxılıb.

 

Tags: SAVAŞ
Previous Post

Abbas Abbasov ermənilərlə qohum imiş – Fotofakt

Next Post

AKP-nin binasına silahlı hücum

Bənzər yazılar

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında...

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. Elchi.az xəbər verir ki, videoçarxda 8 Noyabrın Azərbaycan...

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

Polad Bülbüloğlu Tünzalə Ağayevaya təşəkkür etdi

06 Noyabr 2026 - 23:05

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” əsərini ifa edərək ona yeni...

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...

Next Post

AKP-nin binasına silahlı hücum

İŞİD-in 14 şəbəkəsi təslim oldu

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.