“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qidalanması ilə bağlı heç bir problemi yoxdur”.
Elchi.az xəbər verir ki, bu barədə Saakaşvilini müalicə olunduğu klinikanın baş direktoru Nino Nadiradze bildirib.
Onun sözlərinə görə, siyasətçi Yeni ildə xaçapuri, satsiv və olivier yeyib, keşiş hətta ona şərab da verib. Onlar klinikanın əməkdaşlarını da əyləndiriblər.
“Saakaşvilinin yeyə bilməməsi doğru deyil, amma onun psixoloji durumu kifayət qədər ciddidir. O, bilir ki, yaxşı əhval-ruhiyyə onun xeyrinədir, buna uyğun olaraq rifahını yaxşılaşdırmaq üçün həkimlərə və özünə kömək etmir”, – deyə Nadiradze bildirib.
Yeganə