Saakaşvili axtarışa verildi

🗓 15.08.2014 00:38 ✍️ "Elçi" qəzeti
Gürcüstanın sabiq prezidenti Mixail Saakşvili haqda daxili axtarış elan edilib. Musavat.com-un Gürcüstan KİV-əimg1379222 istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokuroru bildirib.
Saakaşvilinin axtarışa verilməsi ilə bağlı qərar artıq müvafiq orqana – Daxili İşlər Nazirliyinə çatdırılıb. Keçmiş dövlət başçısı Gürcüstan sərhədini keçən kimi həbs ediləcək.
Qeyd edək ki, az öncə ki, Baş Prokurorluq onun barəsində qiyabi həbs qərarı çıxarıb.
Eks-prezidentə qarşı üç cinayət işi açılıb. ABŞ-da yaşayan Saakaşvili isə bütün bu ittihamları siyasi təqib kimi qiymətləndirir.
Musavat.com

Bənzər yazılar