Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə spirtli içkilərin satışına icazə verilib. Paytaxt Ər-Riyadda açılacaq mağaza yalnız qeyri-müsəlman ölkələrin diplomatlarına satılacaq.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə ölkədə spirtli içki satışına icazə verib.
Paytaxt Ər-Riyadda spirtli içkilərin satıldığı mağaza açılacaq. Bu mağazadan yalnız qeyri-müsəlman ölkələrin diplomatları alış-veriş edə biləcək.
Müştərilər alış-veriş etməzdən əvvəl mobil telefonları vasitəsilə qeydiyyatdan keçəcək, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən icazə tələb olunacaq və müştərilər üçün aylıq kvota müəyyən ediləcək. Bu kvotanı aşmaq olmaz.
Yaxın həftələrdə səfirliklərin yerləşdiyi ərazidə spirtli içkilərin satıldığı mağazanın açılması planlaşdırılır. Müsəlmanlara mağazalarda alış-veriş etmək qəti qadağan olunacaq.
Səudiyyə Ərəbistanında spirtli içki içmək qadağandır. Qadağaları pozanlar yüzlərlə şallaq və ya həbslə cəzalandırıla bilər. İslahatlar çərçivəsində son vaxtlar qamçı cəzaları həbs cəzasına çevrilib.
Nuranə Məmmədova