Səudiyyə Ərəbistanı ABŞ-dən İsraillə eyni beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini alacaq.
Elchi.az – ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Əl Saudla danışıqların əvvəlində açıqlayıb.
Trampdan Səudiyyə Ərəbistanına tədarük edilən F-35-lərin İsrailə tədarük olunanlardan daha aşağı qiymətə olub-olmayacağının aydınlaşdırması istənilib.
“Mənə gəldikdə, hər iki ölkənin yüksək keyfiyyətli məhsul almalı olduğuna inanıram”, – o deyib.





















