Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.
Elchi.az xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yaşar Ramiz oğlu Novruzov yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanıb.
Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.
Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.