"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyana ABŞ-dan zərbə – sülh prosesi də onun sonunu gətirir

23 Dekabr 2016 - 09:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Sərkisyana ABŞ-dan zərbə - sülh prosesi də onun sonunu  gətirir  Düşmən ölkənin rejim başçısı çıxılmaz durumda; Ruhaninin İrəvan səfəri ərəfəsində erməni diasporunun fəal üzvü Bakı Platformasına qoşuldu; Tehran isə Qarabağ məsələsində növbəti riyakarlığa imza atdı – İran prezidenti Bakıda söylədiyini İrəvanda bəyanlamağa cürət etmədi

 
İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri ilə bağlı bədbin gözləntilər doğruldu. Ruhani İrəvanda saxta soyqırım abidəsini ziyarət edib qardaş Türkiyəni incitməyə cürətlənməsə də, bu yay Bakıda Dağlıq Qarabağla bağlı verdiyi bəyanatını Ermənistanda təkrarlamağa da ürəklənmədi, erməni dostlarını umsuq etmədi. Bu, əlbəttə ki, cənub qonşumuzun Qarabağ məsələsində növbəti riyakarlığıdır.
Xatırladaq ki, cənab Ruhani son Bakı səfəri zamanı İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan eləmişdi. Eyni sözü o, işğalçı ölkənin paytaxtında dilə gətirmədi, yalnız “münaqişənin hərbi yolla həlli yoxdur”, “konflikt beynəlxalq prinsiplər əsasında çözülməlidir” kimi ümumi, şablon ifadələrlə yetərləndi. Beynəlxalq prinsiplərə isə öz müqəddəratını təyinetmə haqqı da daxildir. 
Üstəlik, İrəvanda iki ölkə arasında imzalanan sənədlər, verilən ortaq bəyanat birbaşa Ermənistanın iqtisadi imkanlarını artırmaq, işğalçını tranzit ölkəyə çevirmək, nəticə etibarilə təcavüzkarı gücləndirmək, ayaqda saxlamaq məramından xəbər verir ki, bu da yüzdə yüz Azərbaycanın əleyhinə olan anlaşmalardır. Bunun  üstündən Ruhaninin İrəvanda “Azərbaycan da bizə dost ölkədir” deməsi ikinci bir siyasi riyakarlıqdır.
Image result for Ruhani Sərkisyan
Beləcə, özünü müsəlman dövləti sayan İran müsəlman torpaqlarını üçüncü on ildir işğal altında saxlayan Ermənistanı gücləndirməyə çalışmaqla, faktiki, işğal rejiminin uzanmasına yardım edir. İranın “müsəlman düşməni” elan elədiyi İsrail isə tam əksinə – Azərbaycan ordusuna modern silahlar verməklə, ölkəmizin hərbi qüdrətini artırmaqla faktiki, müsəlman torpaqlarının azad olunmasına çalışır. 
İndi bu, müsəlman-şiə İranın bizə – müsəlman-şiələrə münasibəti, bu da qeyri-müsəlman ölkənin yanaşması. Elə isə nədən biz yəhudi dövləti ilə əməkdaşlığımızı daha da dərinləşdirməyək? Sual ortaya çıxır, İran nə vaxt Ermənistanı təcavüzkarı adlandırdı, işğal rejiminin bitməsinə hansı töhfəni verdi ki, biz onu İsraildən üstün tutmaq üçün əsaslara malik olaq?

Image result for Sərkisyan
***
Bu arada İranın qucaq açdığı işğalçıya qarşı Azərbaycanın başlatdığı hibrid savaşı uğurla davam edir. Özü də növbəti uğur məhz Ruhani İrəvanda ikən qeydə alınıb. ABŞ-dakı erməni diasporunun nümayəndəsi, ictimai fəal Anait Sinanyan 2016-cı ilin noyabrında Azərbaycan və Ermənistan aktivistlərinin təşəbbüsü ilə qurulan “Ermənistan və Azərbaycan arasında sülh üçün platforma”nı (Bakı platforması) imzalayıb.
Image result for Anait Sinanyan
 
Anait Sinanyan hazırda Nyu-Yorkda yaşayır. O, hüquqşünaslıq sahəsində mütəxəssis olub, Ermənistanın ABŞ səfirliyi önündə siyasi dustaqların hüquqlarının müdafiəsi ilə bağlı aksiyalarda iştirak edib. Ermənistan və erməni diasporundan olan bir çox ictimai fəallar kimi, o da Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü əsasında nizaamlanmasının tərəfdarı olduğunu bildirib (haqqin.az).
Yada salaq ki, Sinanyana qədər Bakı bəyannaməsinə altı erməni ictimai xadimi və fəalı – Vaha Avetyan, Vahan Martirosyan, Süzan Caginyan, Lisine Nersesyan, Armen Virabyan, son olaraq isə Ukraynada yaşayan Aram Karapetyan imza atıblar. Bununla da sənədə qoşulan erməni fəalların sayə 7-yə çatıb. Diqqətçəkicidir ki, onların arasında Dağlıq Qarabağ yaşayan erməni və diasporunun üzvləri də var.
***
Ötən saylarımızda yazdığımız kimi, öz xalqını qorxu-ürkü altında saxlayan Sərkisyan rejiminin təbliğat maşınına başqa bir zərbəni Belarus vura bilər. Söhbət Dağlıq Qarabağa qanunsuz səfərlər etdiyinə və separatçı rejimi təbliğ etdiyinə görə barəsində cinayət işi qaldırılan, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Belarusda həbs olunan bloqqer Aleksandr Lapşinin ölkəmizə gözlənilən ekstradisiyasından gedir. Baş tutarsa, o zaman bu, Qarabağ münaqişəsi tarixində ilk belə insident, separatçı rejimin təbliğatçılarına isə ciddi görk və xəbərdarlıq olacaq.
Image result for Lapşin
Bəllidir ki, Lapşin haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Az sonra xəbərlər yayıldı ki, onun yəhudi əsilli olması və İsrail vətəndaşlığı da daşıması səbəbilə İsrail XİN hərəkətə keçib və ekstradisiyanı əngəlləməyə çalışır. Ümid edək ki, beynəlxalq hüquqa sayğılı yanaşan yəhudi dövləti işin mahiyyətini nəzərə alıb da çox dərinə getməyəcək, inkişafda olan əlaqələrimizə xələl gətirəcək xahiş-minnətlərdə bulunmayacaq.
Axı hər bir dövlətin intizamlı təbəələri kimi, sapqın, cinayətkar vətəndaşları da olur. Lapşin yalnız o halda əfv oluna bilər ki, öz hərəkətlərindən peşmançılıq hissi keçirdiyini bildirsin, Azərbaycan xalqından üzr istəsin və ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirsin. Yoxsa Ermənistanı işğalçı saymayan Həsən Ruhani ilə separatçı rejimi təbliğ edən yəhudi Lapşin arasında nə fərq oldu ki?..
Previous Post

Sərkisyana ABŞ-dan zərbə – sülh prosesi də onun sonunu gətirir

Next Post

Həsən Ruhaninin Yerevan səfəri – hanı müsəlman həmrəyliyi, din qardaşlığı?! – ŞƏRH

Bənzər yazılar

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən...

Next Post

Həsən Ruhaninin Yerevan səfəri - hanı müsəlman həmrəyliyi, din qardaşlığı?! - ŞƏRH

Həsən Ruhaninin Yerevan səfəri - hanı müsəlman həmrəyliyi, din qardaşlığı?! - ŞƏRH

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.