"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyan üçün Yeni il şoku – daha bir erməni ailəsi Bakıya gəlir

06 Yanvar 2017 - 09:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

 Sərkisyan üçün Yeni il şoku - daha bir erməni ailəsi Bakıya gəlirİrəvanın təbliğat maşınına növbəti zərbə; Bakı Sülh Platformasına qoşulanların sayı bu il daha sürətlə artacaq, çünki…; Ermənistan rəhbərliyinin seçki təbliğatı da fiasko ola bilər; Tamilla Arzumanyan: “İrəvanda hamı yaşamaq uğrunda mübarizə aparır…”

Ötən ilin Qarabağ mövzusunda bir mühüm detal da heç sübhisiz ki, Azərbaycanın işğalçı ölkəyə qarşı təbliğatda əldə elədiyi bənzərsiz uğur oldu. Kriminal Sərkisyan rejimi tərəfindən təqib edilən bir neçə erməni ictimai-siyasi fəalın Bakıya gələrək, burada Xocalı soyqırımı abidəsini ziyarət eləməsi və öz xalqı adından üzr istəməsi, az sonra Azərbaycanla Ermənistan arasında Sülh Platformasına imza atması həqiqi mənada düşmən ölkə rəhbərliyi üçün şok effekti yaratdı. 
Eyni zamanda bu hadisə faktiki surətdə Dağlıq Qarabağ məsələsində keyfiyyətcə yeni bir mərhələnin, həm də Azərbaycanın təbliğati uğuru ilə başlanan bir mərhələnin əsası qoydu. Proses hələ təzə başlayıb. Əgər ötən ilin noyabrında yaradılan platformaya əvvəlcə 3 erməni imza atmışdısa, ilsonu sənədə qoşulanların sayı 7-yə çatdı. Təzə il başlar-başlamaz isə daha bir erməni ictimai xadimin, həm də ailəlikcə Sülh Platformasına qoşulmağa hazır olduğu bəlli olub.    
***
Xəbər verildiyi kimi, sosial şəbəkələrin daha bir aktiv istifadəçisi, ictimai fəal və hüquqları daima pozulan Ermənistan vətəndaşı Tamilla Arzumanyan Azərbaycan hakimiyyətinə son ümid yeri kimi müraciət edərək, öz hüquqlarının bərpa edilməsini istəyib. T.Arzumanyan və onun ailə üzvləri – həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti tərəfindən total izlənmənin qurbanlarıdır. Bundan əlavə, Azərbaycan hakimiyyətinə müraciətin müəllifi qeyd edir ki, Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılması təşəbbüsünü xüsusi maraqla izləyib və qrupun iştirakçılarını səmimi qəlbdən dəstəkləyir.
T.Arzumanyanın müraciəti onun şəxsi səhifəsində Yeni ildən az öncə, dekabrın 27-də dərc olunub. Bundan dərhal sonra o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. Dünən isə Arzumanyan virtualaz.org-un xüsusi müxbirinin suallarını cavablandırıb. O, kömək üçün Azərbaycana müraciət etmək niyyətində olduğunu bir daha təsdiqləyib: “Çünki anladım ki, öz ölkəmdə mənə və ailəmə kömək etmək fikrində olan yoxdur – baxmayaraq ki, ailəmlə birlikdə Fransadan Ermənistana qayıdandan sonra (orada bizi Ermənistan səfirliyi və Liondakı erməni kilsəsi qarət etmişdi), 2015-ci ildən başlayaraq istisnasız olaraq Ermənistandakı bütün səlahiyyətli orqanlara, Ermənistan Respublikasında Fransa səfirliyindən tutmuş, DTX və Prezident Aparatı da daxil olmaqla, müraciət etmişəm, bizə kömək edən yoxdur. Bizim tərəfə heç tüpürmək belə istəmirlər”.
Müharibənin nə erməni, nə də Azərbaycan xalqlarına lazım olmadığını vurğulayan erməni ictimai fəal “Hər iki tərəf nəhəng insan itkisi verdi. Bu, bizə yalnız çox böyük ağrı və məşəqqət gətirdi, halbuki bunlar olmaya da bilərdi”, – deyə qeyd edib.
Image result for Tamilla Arzumanyan
“Özünüz və ailəniz İrəvandasınız. Orada vəziyyət necədir, insanların əhval-ruhiyyəsi hansı vizəyyətdədir, nəyə ümid edirlər” sualına o belə cavab verib: “Faktiki olaraq 21-ci əsrin qətliamına məruz qalan xalqın əhvalı və ümidləri necə ola bilər? Hamı yalnız gündəlik problemləri ilə məşğuldur, həyatda qalmağa çalışır, gündəlik çörəkpulu dalınca qaçır. Əksər hallarda bu artıq mümkün olmur”.
 
Bu yaxınlarda Bakıda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaradılan Ermənistan və Azərbaycan arasında Sülh Platformasını sosial şəbəkələrdə dəstəkləmiş Tamilla Arzumanyan bir daha öz mövqeyini təsdiqləyərək deyib: “Bəli, biz, bütün mənim ailəm sülh istəyirik. Bu sülh hər iki xalqın arzusudur və o zəruridir. Müharibədən, qurbanlardan və bu illərdə keçdiyimiz əzab-əziyyətdən yorulmuşuq. Fikrimcə, Bakı platforması bizi çatmağa can atdığımız məqsədə – sülhə və sağlam düşüncəyə yaxınlaşdırmaq iqtidarındadır”. Erməni ictimai fəal Bakıya gəlməyə hazır olduğunu deyib:
“Əgər Azərbaycan ailəmin təhlükəsizliyinə zəmanət verərsə, bəli, biz gəlməyə hazırıq”.
***
Image result for Sərkisyan
Yəqin ki, Azərbaycan tərəfi belə bir təhlükəsizlik qarantını Arzumanyan ailəsinə də verəcək. Hər halda, birinci dəfə deyil. Üstəlik, bu kimi səfərlərin Qarabağa məsələsində rəsmi Bakıya hansı qiymətli təbliğati dividentləri gətirdiyi ortadadır. Artıq erməni ictimai fəallardan biri Bakıda – haqqin.az saytında işə də düzəlib.
Ən önəmlisi, bu kimi faktlar Azərbaycan haqda tolerant ölkə imicini möhkəmlədir ki, bu da düşmən tərəfinin ölkəmizə qarşı ənənəvi tezislərini darmadağın edir. Axı Sərkisyan klanının əsas arqumenti budur ki, “ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya, dil tapa bilməz, Azərbaycanda isə belə şey, ümumiyyətlə, mümkün deyil”.
Related image
 
Ərazilərimizin işğalına dünyanın gözündə haqq qazandırmağa hesablanmış bu təbliğata cəmi bir neçə erməni qısa zamanda ciddi zərbə vurub. Proses yəqin ki, təzəcə başlayıb və 8 erməni ilə də bitməyəcək. Növbəti dalğa yəqin ki, Arzumanyanın ailəsi Bakıya gələndən sonra başlayacaq və 2017-ci il ərzində proses daha sürətlə gedəcək.
Həm də o səbəbə ki, erməni xalqı xüsusən də aprel döyüşlərindən sonra acı gerçəyi bütün ciddiliyi ilə əxz edib. O sırada böyük müharibənin ona nə vəd elədiyinə əminlik hasil edib. Sadə ermənilər hakimiyyəti qəsb eləmiş Qarabağ klanının hakimiyyət oyunları yolunda daha qurbanlıq olmaq istəmirlər. Bu xüsusda işğalçı ölkə rəhbərliyinin təzəcə başlayan seçki təbliğatı da böyük ölçüdə fiasko ola bilər. Çünki ermənilərin Bakı səfərləri, Sülh Platformasına qoşulan ermənilərin sayının artması istər-istəməz hakim partiyanın siyasi opponentlərinin mövqeyini gücləndirəcək.
Previous Post

Sərkisyan üçün Yeni il şoku – daha bir erməni ailəsi Bakıya gəlir

Next Post

Ermənistanın cəsəddən düzəltdiyi çirkin oyun-XİN-dən sərt reaksiya

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq...

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Next Post

Ermənistanın cəsəddən düzəltdiyi çirkin oyun-XİN-dən sərt reaksiya

Ermənistanın cəsəddən düzəltdiyi çirkin oyun-XİN-dən sərt reaksiya

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.