“İrandakı toqquşmalar və etirazlar saray daxili çəkişmənin təzahürü kimi daha çox diqqət çəkir”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:
“Ali lider Seyid Əli Xamenei vəzifələrini yerinə yetirə bilmir, Qum hövzəsinin alimlərinin ona qarşı bəyanat səsləndirməsi də hakimiyyət daxili rəqabətin göstəricisidir.
Hələlik xarici güclər prosesləri öz xeyrinə doğru dəyişdirmək potensialını göstərə bilmirlər. Çünki ali liderlik uğrundakı yarışı yönləndirilir və bu işdə SEPAH qabiliyyət nümayiş etdirir.
Hərçənd ki, əvvəllər qeyd etdiyimiz kimi, daxildəki iğtişaşlar xarici qüvvələrin sala biləcəyi proyeksiyanın önünü açır.
Kürd faktoru böyük kozırdır, qiymətləndirmələrə görə, İran-Türkiyə-İraq sərhədi ətrafında molla rejiminin əleyhdarı olan kürd yaraqlılar silahlandırılır”.
Şayəstə