"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Sənədsiz evlərin taleyi yenə də müəmmalı olaraq qalır

16 Yanvar 2015 - 19:40
in SOSİAL, XƏBƏR LENTİ
FacebookVatsap

img1724708Ekspert: “Neft Şirkəti və digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki…”

Bunu da oxuyun

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

Sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi yenə kağız üzərində qala bilər. Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi ilə bağlı fərmanına münasibətdə rəylər müxtəlifdir. Rəsmi qurumlar isə fərmanın qanunsuz, özbaşına tikilən tikintilərə şamil edilməyəcəyini vurğulayır.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı fərmanın əhatə dairəsini açıqlayıb. ANS TV-nin məlumatına görə, Komitənin nəzdindəki Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Elşən Məmmədov fərmandan kimlərin yararlana biləcəyini dəqiqləşdirib.
Elşən Məmmədov bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmədiyini deyib. O, bu fərmanın müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda, prosesdən yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmilləşdirmək məqsədi daşıdığını vurğulayıb.
E.Məmmədovun sözlərinə görə, bu sərəncamla vətəndaşlar öz əmlaklarını çox çevikliklə qeydiyyatdan keçirə biləcəklər. Bunun üçün də vətəndaşlar Dövlət Reyestri Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, fərman birmənalı olaraq, qanunsuz tikililəri nəzərdə tutmur və həmin tikililər sənədləşməyəcək: “Sənədsiz tikililər iki qrupa bölünür, qanuni yerdə tikilənlər və qanunsuz yerdə tikilən evlər… Bu fərman qanunsuz tikililərə şamil edilməyəcək. Konkret olaraq, tikililər yüksək gərginlikli elektrik şəbəkələrinin, magistral boru kəmərlərinin, nəqliyyat infrastrukturlarının, obyektlərin, suların mühafizə zonalarının və s. olduğu yerlərdəki torpaq sahələrindədirsə, onlara sənəd verilməyəcək. Onların əmlakı  Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydə alınmayacaq. Neft Şirkəti və digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki, bu fərmanla onlara “qırmızı işıq yandırıldı”. Vətəndaşlar yalnız o evlər üçün sənəd verə biləcəklər ki, qanunsuz yerdə tikilməyib, amma indiyə qədər də sənədləşdirilməyib. Çünki tikintiyə icazəni Reyestr Xidməti deyil, başqa idarələr verib. Reyestr də indiyə qədər onları tanımırdı, indi tanıyacaq. Bu, 2004-cü ilin 29 iyununadək tikilən evlərdir. Çünki “Reyestr haqqında” Qanun o vaxtdan qüvvədədir. Həmin qanun qüvvəyə minənədək qanuni yerdə tikilən obyektlər sənəd ala biləcəklər”.
Ekspertin fikrincə, fərmanın müsbət tərəfləri də var: “Bu da ondan ibarətdir ki, qanuni yerdə ev tikənlərdən də sənədləşmə üçün qanunsuz haqq, rüşvət tələb olunurdu. İndiki halda isə, fərmanın rüşvətin azalmasında, həm də bəzi hallarda aradan qalxmasında rolu ola bilər”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə Modern.az-a açıqlamasında bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: “Bu məsələ artıq həllini tapmalıdır. Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyət evləridir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var. Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığında və dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq, Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb:“Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 2004-cü ildə qəbul edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən həyata keçirilir. Bu qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlakın reyestr qeydiyyatının aparılması haqqında əsaslar qəbul olunub. Bu əsaslarla da daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı təsdiq edilib. Prezidentin vaxtında və əhəmiyyətli olan sonuncu fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib, çıxardı. Burada söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” Qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı.
SSRİ dövründə verilən sənədlər “Reyestr haqqında” Qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən də bildirilib ki, Prezident fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur.
Bakı Şəhər İcra Hakimiyətində bu istiqamətdə görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək istəsək də, sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bununla bağlı rəhbərlikdən informasiya ala bilmədiyi üçün hər hansı bir açıqlama da verə bilməyib.
Qeyd edək ki, paytaxtda qanunsuz tikililərin sayının 400-600 min olduğu bildirilir.

 

Previous Post

Sənədsiz evlərin taleyi yenə də müəmmalı olaraq qalır

Next Post

2 nəfəri girov götürən terrorçu təslim oldu – (Yenilənib, Foto)

Bənzər yazılar

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

13 Avqust 2026 - 15:14

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir. Elchi.az xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri...

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

13 Avqust 2026 - 14:52

71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq. Elchi.az report-a istinadla xəbər verir ki,...

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

13 Avqust 2026 - 14:38

The Chairwoman of the Council of Ministers of Bosnia and Herzegovina, Ms. Borjana Krišto, has been awarded the “Friend of...

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

13 Avqust 2026 - 14:36

Председатель Совета министров Боснии и Герцеговины госпожа Борьяна Кришто награждена золотым орденом «Друг журналистов», учрежденным международным журналом «Мой Азербайджан», за...

Next Post

2 nəfəri girov götürən terrorçu təslim oldu - (Yenilənib, Foto)

2 nəfəri girov götürən terrorçu təslim oldu - (Yenilənib, Foto)

Son xəbərlər

Meduza sürüsü nüvə reaktorunu dayandırdı

Meduza sürüsü nüvə reaktorunu dayandırdı

14 Avqust 2026 - 10:42
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

14 Avqust 2026 - 10:33
Fransada Pokemon soyğunçuluğu: 80 min avro dəyərində kartlar oğurlanıb

Fransada Pokemon soyğunçuluğu: 80 min avro dəyərində kartlar oğurlanıb

14 Avqust 2026 - 10:29
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

14 Avqust 2026 - 10:20
Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub

Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub

14 Avqust 2026 - 10:11
Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

14 Avqust 2026 - 10:02
Sərnişin təyyarəsinin mühərrikindən pər qopub

Sərnişin təyyarəsinin mühərrikindən pər qopub

14 Avqust 2026 - 09:54
Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollardan aşağı enib

14 Avqust 2026 - 09:37
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

14 Avqust 2026 - 09:28
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14 Avqust 2026 - 09:15
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

13 Avqust 2026 - 19:15
“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

13 Avqust 2026 - 19:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.