Şəkidə 30 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Elchi.az-a verilən məlumata görə, rayonun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.
Tünzalə Məmmədovanın əlamətləri bunlardır: boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və qara rəngli şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub. Elchi.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis...




















Son şərhlər