"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Səudiyyənin NATO və nüvə texnologiyası HƏMAS-ın güdazına getdi

11 Oktyabr 2023 - 19:50
in MÖVQE
FacebookVatsap

Tehran və Ər-Riyad arasındakı general Qasım Süleymani səddi Çinin vasitəçiliyi ilə İran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər xeyli istiləşdi. İş o yerə çatdı ki, bu iki ölkə arasında qarşılıqlı şəkildə səfirliklər açıldı. Qərbin, xüsusən ABŞ-ın xoş qarşılamadığı bu proses yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri ilə müşahidə olundu. İran və Səudiyyə Ərəbistanı bir birinin ünvanına təriflər yağdırdılar. Bütün bunlara baxmayaraq bu ölkələr arasında mövcud olan antaqonist ziddiyyətlər aradan qalxmadı. Sadə bir misal deyim: Ötən bazar ertəsi Səudiyyənin “Əl-İttihad” futbol komandası Asiya Çempionlar Liqası matçında İranın “Sepahan” komandası ilə qarşılaşmaq üçün İsfahana səfər etdi. Bağdadda ABŞ tərəfindən öldürülən İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Süleymaninin 3 büstünü meydançanın girişində görən qonaqlar stadionu futbol oynamadan tərk etdilər. İranlılar üçün Qasım Süleymani qəhrəman, səudiyyəlilər üçün isə terrorçudur. Səudiyyə Ərəbistanı stadionda büstlərin olmasını təxribat kimi qiymətləndirdi…

Bunu da oxuyun

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

 

Bəziləri HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumunu dünyanın biganəliyi ucbatından İsrailin fələstinlilərə qarşı yeritdiyi qəddar siyasətinə cavab kimi şərh edə bilər. Ancaq bu əməliyyat üçün seçilmiş vaxt və əməliyyatın miqyası xüsusi əhəmiyyət kəsb edir və geosiyasi amilə işarə verir. Sirr deyil ki, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması prosesi sürətlənmişdi. Məhz bu amil HƏMAS da daxil olmaqla İran və onun müttəfiqlərinin müqavimət oxunu hərəkətə keçməyə sövq etdi. Ən azı bu ehtimal son dərəcə yüksəkdir. Məsələn, “elpais.com” saytı yazır ki, Təl-Əviv və Ər-Riyad arasında danışıqların hansı nöqtədə olduğunu çox az adam bilir. Keçmiş yüksək rütbəli səudiyyəli məmur bir neçə gün əvvəl saytın yazarı ÁNGELES ESPINOSA bildirib ki, “Birləşmiş Ştatlar Səudiyyə krallığının addım atması üçün mümkün olan hər şeyi və görüləsi işin daha çoxunu edir”. Mediada dərc olunan sızmalara görə, Səudiyyə Ərəbistanı ABŞ-ın “əsas qeyri-NATO müttəfiqi” elan olunacaqdı. Yəni İsraillə eyni səviyyədə müdafiə paktında yer alacaqdı. Bu müqavilə Səudiyyənin uranın zənginləşdirilməsini də əhatə edən mülki nüvə proqramına sahib olmağına imkan verəcəkdi.

İsrail 2020-ci ildə dünyada “Abraham Accords” (İbraihim anlaşması) kimi tanınan xarici siyasət xəttinə keçid etdi. Qısa zaman ərzində Səudiyyə ilə yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş kimi ərəb ölkələri ilə münasibətlərini inkişaf etdirdi. Ümumiyyətlə, Ərəb dünyasında vəziyyət belədir ki, dominant mövqeyə sahib olan Səudiyyə Ərəbistanının xeyir-dua verdiyi işlər sürətlə həyata keçir. Məhz elə ona görə də ABŞ və İsrail Səudiyyə Ərəbistanı ilə Təl-əvivin münasibətlərinə xüsusi önəm verirdi. İranla münasibətləri xeyli yaxşılaşdıran Səudiyyə Ərəbistanı nədən İsrail ilə də anlaşmağa çalışırdı? Bu suala fərqli cavablar verilə bilər. Əsas məsələ isə odur ki, Səudiyyə Ərəbistanı ilə İran arasında qarşılıqlı inamsızlıq hökm sürür. Səudiyyə Ərəbistanı dünyada sünnilərin, İran isə şiələrin hamisi kimi çıxış edir ki, bu da qarşılıqlı münasibətlərə əlavə gərginlik gətirir və münasibətləri məzhəb müstəvisinə keçirir.

Səudiyyə Ərəbistanı üçün İsraillə əlaqə qurmaq asan iş deyil. Hətta krallığın güclü adamı, hakimiyyətin cilovunu ələ aldıqdan sonra böyük cəsarət əlamətləri göstərən vəliəhd şahzadə Məhəmməd bin Salman üçün belə bunu etmək çətindir. Səudiyyə krallığı fələstinlilər üçün İsraildən ən azı minimal güzəştlər qoparmalıdır, ancaq İsrailin indiki ultra-radikal hökumətinin belə güzəştlərə gedəcəyi inandırıcı görünmür. Ona görə də vəliəhd-şahzadə üçün İsrailə münasibətdə risk elementləri həddindən artıq yüksəkdir. Müşahidəçinin fikrincə, şahzadənin İsraillə razılaşmaya “hər gün daha da yaxınlaşırıq” kimi açıqlamaları sövdələşmənin fayda və ziyanını ölçərkən ortada olan tərəddüdlərdən xəbər verirdi.
“Bu, İranın İsrail və Səudiyyə Ərəbistanı arasında sülh müqaviləsi bağlanacağı ilə bağlı xəbərlərə cavabıdır”. İsrailin xarici kəşfiyyat agentliyi Mossad-ın keçmiş yüksək vəzifəli zabiti Haim Tomer BBC-yə belə deyib.

“Bəli, doğrudur ki, İran HƏMAS üçün bir nömrəli avadanlıq təminatçısıdır və onlar Suriyada və hətta İranda təlim keçiblər”. Onun sözlərinə görə, İsrail son aylarda HƏMAS rəsmilərinin hərəkətini izləyirdi.

“Biz Saleh əl-Aruri (təşkilatın hərbi qanadının rəhbəri) və HƏMAS-ın digər liderlərinin Livan və İrana tez-tez uçduğunu görürdük…

Təsadüfi deyil ki, dünyanın nüfuzlu xəbər agentliklərindən olan “Bloomberg” iddia edir ki, İsrail HƏMAS-ı yer üzündən silə bilər, amma İran bu müharibədə artıq qalib gəlib. Yəni rəsmi Tehran strateji hədəflərinə vara bilib.
Bu arada HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatına müharibə elanı ilə cavab verən və Qəzzanı bombalayan İsrailə, ən böyük müttəfiqi ABŞ-dan böyük dəstək gəlib. Amerika bölgəyə çoxlu sayda döyüş gəmisi və döyüş təyyarəsi göndərib. Bura Amerikanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Fordla yanaşı, F-35 və F-16-lar da daxil olmaqla bir çox döyüş təyyarəsi də daxildir.

Amerika belə bir hərbi qüvvəni niyə İsrailə yardım üçün göndərib? Bəllidir ki, İranın əlinin altında HƏMAS kimi xeyli silahlı qruplaşmalar var. Məsələn, Livandakı Hizbullah, İraqda adi Əl-Əmirin rəhbərlik etdiyi Bədr Briqadası, Yəməndəki üsyançı husilər, Suriya ordusu… İranın göstərişi ilə hərəkətə keçə bilər. Amerika bu kimi qüvvələri belə fikirlərdən daşındırmaq üçün dəmir əzələ nümayişinə üstünlük verdi. Orası da var ki, HƏMAS İranı bu müharibəyə cəlb etmək istədiyi kimi, İsrail də ABŞ-ı bu müharibəyə təhrik edir. Çünki İsrail təkbaşına İranda yalnız lokal hərbi əməliyyatlar keçirə bilər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ancaq İsrailin İranla müharibəyə başalaması üçün Amerika yaşıl işığı yandırmalıdır. İndiki dönəmdə isə, yəni Ukrayna-Rusiya müharibəsinin qızğın çağında bu, Amerikaya lazım deyil. Hazırda “İsrail İranı vuracaqmı” sualı gündəmi zəbt edib. İran 88 milyonluq ölkədir. Ərazisi Ukraynadan az qala 3 dəfə böyükdür. Belə bir ölkəni İsrail təkbaşına ram edə bilməz. Amerika isə İranı ən yaxşı halda bombalaya bilər. Ancaq İran ərazisində quru əməliyyatlar keçirmək indiki dönəmdə real görünmür…

Amerikanın, eləcədə bütövlükdə Qərbin vəziyyəti xeyli çətinləşib. Çünki əvvəl yalnız Ukraynaya dəstək vermək gərəkirdisə, indi İsrailə də arxa-dayaq durmaq lazımdır. Bir çox təhlilçilər qeyd edir ki, Yaxın Şərqdə alovlanan bu müharibə Ukraynanı pis vəziyyətdə qoyacaq. Çünki qərbin prioriteti dəyişdi. İsrail Ukraynadan önə keçdi.

Bir maraqlı məqamı da qeyd edək. Müharibə başlayandan dərhal sonra İran dini liderinin ən yüksək rütbəli hərbi müşaviri Rəhim Safavi bəyan etdi ki, İran “Əl-Əqsa tufanı” əməliyyatlarını dəstəkləyirik və onu təqdir edir. HƏMAS rəhbərliyi isə İranın bu əməliyyata dəstək verdiyi xüsusi şəkildə qabartmağa başladı.

Az sonra İran Xarici İşlər Nazirliyi “Əl-Əqsa tufanı” əməliyyatlarında rəsmi Tehranın yer almadığını bildirdi: “İranın rolu ilə bağlı ittihamlar siyasi səbəblərə əsaslanır”. Bu isə o deməkdir ki, İran HƏMAS-a ciddi dəstək versə də Yaxın Şərqdə böyük müharibəyə hazır deyil. İran yaxşı başa düşür ki, gərginlik artdıqca ABŞ və Avropa İttifaqının, bütövlükdə NATO-nun İsrail ilə birlikdə İrana qarşı əməliyyata başlama ehtimalı yüksəlir. İranın isə ultra-müasir texnologiyaya sahib olan tərəflərlə müharibə edəsi gücü yoxdur. Ona görə də Qərbin ağır sanksiyalarından əziyyət çəkən İran gərginliyin daha da dərinləşməsindən qaçır…

Amerikanın Əfqanıstandan geri çəkilməsi müəyyən illüziyalar yaratdı. Haradan baxsaq da aydın şəkildə görəcəyik ki, Yaxın Şərqdə ABŞ-ın ciddi maraqları var. Amerika bu regiondan bir qədər çəkilsə də, ancaq regiona dərhal daxil olmaq imkanını da özündə saxlayır. Amerika onu da yaxşı bilir ki, o, Yaxın Şərqi tərk etsə, həmin boşluğu Rusiya, Çin və İran dərhal doldurmağa çalışacaq. Heç şübhəsiz ki, Türkiyə də bu prosesdən kənarda qalmayacaq…


Elbəyi Həsənli, Sürix

Previous Post

Səudiyyənin NATO və nüvə texnologiyası HƏMAS-ın güdazına getdi

Next Post

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Bənzər yazılar

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski atəşkəs çağırışları ilə yenidən silahlanmaq üçün vaxt qazanmağa...

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47

Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Next Post
Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.