"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyan Qərblə bazarlığa gedir – “Qarabağ” klanının məkrli planı…

07 Noyabr 2016 - 09:25
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Sərkisyan Qərblə bazarlığa gedir – “Qarabağ” klanının məkrli planı...İrəvandan Kremlə qarşı de-marş – Moskva nə deyəcək?; Ermənistan hakimiyyəti aprel döyüşlərinin bir ilinin tamamında öz xalqına sürpriz hazırlayır; erməni nəşri: “Hökumət danışıqları seçkilərədək ona görə uzadır ki…”

Ermənistanda 1998-ci ildən hakimiyyəti zəbt etmiş kriminal “Qarabağ klanı”, belə görünür ki, onu dinc – seçki yolu ilə başqa qüvvəyə vermək niyyətində deyil. Hələ 2008-ci ildə – bu klanın ikinci odioz fiquru, Xocalı hərbi canisi Serj Sərkisyan prezident kürsüsünə ilk dəfə yiyələnmək üçün 8 dinc etirazçı-nümayişçini İrəvanda güllələtdirəndə aydın idi ki, o, hakimiyyətdən elə-belə getməyəcək.
Artıq Sərkisyanın ikinci müddətinin bitməsinə bir şey qalmayıb. Yəqin ki, üçüncü dəfə bu postda qalmağın müşkül olacağını o, yaxşı anlayır. Bu üzdən cari ildə tələm-tələsik saxta referendum təşkil edib ölkənin prezidentli üsul-idarədən parlament tipli idarəçiliyə keçməyi nəzərdə tutan konstitusiya dəyişikliklərinə nail ola bildi. 
Həmin dəyişikliklərə əsasən, gələn ilin aprelində ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Təzə parlament həm təzə prezidenti, həm də təzə baş naziri seçəcək. Bununla da Ermənistan parlamentli üsul-idarəyə adlamış olacaq. Lakin o zaman baş nazirin səlahiyyətləri prezidentdən qat-qat çox olacaq. Sonuncu, sadəcə olaraq, dövləti formal şəkildə təmsil edən şəxs kimi qalacaq – təxminən Türkiyədəki, Almaniyadakı kimi.
Bunu, əlbəttə ki, Sərkisyan yaxşı anlayır. Odur ki, nəyin bahasına olur-olsun, hakim partiyanın aprel seçkilərində qələbə qazanmasına çalışır. Doğrudur, Serj Sərkisyanın mətbuat xidməti ötən həftə ikibaşlı bir açıqlama yayaraq bəyan edib ki, prezidentin səlahiyyət müddəti hələ 2018-də bitir. Ancaq aydındır ki, bu açıqlama sırf cəmiyyəti və müəyyən siyasi çevrələri sakitləşdirmək üçündür.
Image result for Sargsyan
 
Əksər analitiklər isə hesab edir ki, zamanı yetişəndə Sərksiyan mütləq baş nazirlik üçün hərəkətə keçəcək. Lakin prosesin legitimliyi ilk növbədə Qərbin – Avropa Birliyi və ABŞ-ın dəstəyini almağı zəruri edir (Rusiya elə də vacib deyil, çünki Sərkisyan Moskvaya hələ ki sərf edir). Bu isə asan olmayacaq. Niyə? 
Ona görə ki, qarşıdakı parlament seçkiləri siyasi maraqlar baxımından həyati əhəmiyyət kəsb etdiyindən, bu dəfə iqtidarın daha böyük saxtakarlıqlara gedəcəyi, hətta seçkilərə görə canlı itkilərin olacağı gözlənilir. Belə kolliziyalar isə legitimliyi şübhə altına alan çox ciddi amillədir.
*****
Ancaq deyəsən iqtidardakı hiyləgər rejim bunu da öncədən nəzərə alıb. İddialara görə, Qərbdən legitimlik almaqdan ötrü Ermənistan hökuməti məhz apreldə (seçki ayında) Avropa Birliyi (AB) ilə ikitərəfli əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan və bununla da Qərbi “yumşaldacaq” Çərçivə sənədini – anlaşma müqaviləsi imzalamağı planlaşdırır. 
 
Image result for European Union
 
Rusiyaya qarşı sanksiyalar tətbiq edən AB-yə qarşı Kremlin münasibəti isə bəllidir: Moskva təşkilata qarşı qəzəblidir və onun dağılması üçün əlindən gələni edir. Bu, o deməkdir ki, İrəvanın əməkdaşlıq sənədi Moskvanı qıcıqlandıracaq və ona qarşı faktiki, növbəti de-marş anlamı verəcək.
Yada salaq ki, vaxtaşırı Qərbə sarı boylanan və “iki stul”da oturmağa çalışan Sərkisyan hökuməti ilk dəfə 2013-cü ilin sentyabrında AB ilə Assosiativ Saziş imzalamağa cəhd edib. Lakin Putin həmin il sentyabrın 3-də Sərkisyanı Moskvaya çağırıb, ona qulaqburması verəndən sonra sonuncu bu niyyətdən dərhal daşındı və o saat da Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə qərar verdi.
Image result for Kreml
 
Məlumatlara görə, Ermənistanın AB ilə budəfəki – ikinci əməkdaşlıq sənədi əvvəlkindən məzmun etibarilə yumşaqdır. Ancaq yenə mahiyyət yerində qalır. Üstəlik də 2016-cı ildən fərqli olaraq, 2013-cü ilin sentyabrında Krım böhranı, Rusiyaya qarşı sanksiyalar məsələsi yox idi. Yəni indi Rusiya-Qərb münasibətləri qat-qat gərgindir…    
*****
Bu xüsusda 1 in.am saytının tanınmış analitiki Musa Mikaelyanın kifayət qədər maraqlı şərhi var. Mikaelyan yazır: “Ermənistanın xarici işlər nazirinin müavini Karen Nazaryan bəyan edib ki, Ermənistan-AB çərçivə sənədi ətrafında danışıqlarda biz mühüm bir mərhələyə çatmışıq. O, ümid ifadə edib ki, gələn ilin 1-ci rübündə Ermənistan AB ilə bu anlaşmanı imzalayacaq. Bu danışıqlar təxminən bir ildir gedir. İlk baxışda elə uzun müddət deyil. Ancaq nəzərə almaq lazımdır ki, yeni sənədin həcmi əvvəlki – İrəvanın iflasa uğratdığı və müzakirəsi üç il çəkmiş Assosiasiya sazişi ilə müqayisədə tamamilə başqadır. Yəni 1 il kifayət idi ki, proses yekunlaşsın. Üstəlik, 2015-ci ildə belə fikirlər səslənirdi ki, uzağı, 2016-cı ildə sənəd imzalanacaq. İndi isə rəsmən bəyan edilir ki, imzalanma 2017-ci ilin birinci trimestrində olacaq”.
Image result for Sərkisyan Qarabağ
Erməni ekspert daha sonra ləngimənin motivini izah etməyə çalışaraq yazır: “Diqqətçəkicidir ki, birinci trimestrdə – apreldə Ermənistanda parlament seçkiləri keçiriləcək. Başqa sözlə, bu dövr ölkədə qaynar seçki dövrü olacaq. Bu seçkilərlə Ermənistan öz üzərinə beynəlxalq öhdəliklər götürəcək. Onların yerinə yetirilməsi isə hakimiyyətdən ötrü olduqca çətin olacaq. O üzdən həddən artıq riskli situasiya yaranır. Nəzərə alanda ki, beynəlxalq birliyin, o cümlədən Avropa Birliyinin rəsmi İrəvanın seçki dövründə hərəkətlərinə reaksiyası Ermənistana sonrakı iqtisadi yardımlar baxımından da olduqca vacibdir, – hansı ayırmalar ki, hökumətdən ötrü həyati əhəmiyyət daşıyır, – o zaman hakimiyyət üçün doğrudan da bunun bir çağırış, təhdid olduğu anlaşılar”.
Bu üzdən də Mikaelyan tamamilə mümkün sayır ki, Sərkisyan hökuməti AB ilə danışıqları süni sürətdə uzadıb: “Ona görə danışıqları seçkilərədək uzadıblar ki, seçkilərin nəticələrinin tanınması məsələsini AB rəhbərliyi ilə ”mübadilə”, yaxud kobud desək, “bazarlıq” predmeti eləsinlər: yəni seçkini pozitiv qiymətləndirmənin qarşılığında anlaşma sənədi imzalansın”.
*****
Bəs görəsən, Kreml Sərkisyan rejiminin – öz satellitinin Avropa ilə (Qərblə) növbəti bazarlıq planına necə baxacaq – sakitcə, yoxsa… 
Sual həm də budur. Əlavə edək ki, apreldə həm də 4 günlük müharibənin bir ili tamamlanacaq. Belə çıxır ki, Ermənistan iqtidarındakı “Qarabağ klanı” özünün acı məğlubiyyətinin ildönümünə hakimiyyəti daha da möhkəmləndirməyi və bədbəxt erməni xalqına növbəti sürpriz etməyi planlaşdırır.
Previous Post

Sərkisyan Qərblə bazarlığa gedir – “Qarabağ” klanının məkrli planı…

Next Post

Hadi Rəcəbli: “Axı, məni Prezident Administrasiyasına çağırmayıblar, nə günah sahibiyəm?”

Bənzər yazılar

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05

Gələn il Ukraynaya müdafiə, silahlanma və dayanıqlığının təmin edilməsi üçün Avropa İttifaqından (Aİ) ən azı 70 milyard avro əlavə dəstək...

Next Post

Hadi Rəcəbli: “Axı, məni Prezident Administrasiyasına çağırmayıblar, nə günah sahibiyəm?”

Hadi Rəcəbli: “Axı, məni Prezident Administrasiyasına çağırmayıblar, nə günah sahibiyəm?”

Son xəbərlər

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib

16 Oktyabr 2026 - 21:05
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.