Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazirlər Kabinetinə Qazaxıstan-Qırğızıstan sərhədindəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı hökumətə Qazaxıstan-Qırğızıstan sərhədində yaranmış vəziyyəti ölkələrimiz arasında tərəfdaşlıq və qardaşlıq münasibətləri ruhunda həll etməyi tapşırıb”, – məlumatda deyilir.
Qeyd edək ki, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi avqustun 24-də Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində malların hərəkət azadlığını məhdudlaşdırdığını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, sərhəddə Qazaxıstan tərəfindən nəzarət-yoxlama tədbirləri gücləndirilib və bu, yük maşınlarının sərhəddən keçməsini ləngidib.
Rutte: İran heç bir halda nüvə silahı potensialına malik olmamalıdır
NATO-nun baş katibi Mark Rutte, İranın nüvə silahı əldə etməsinin bütün dünya üçün təhlükə yaradacağını iddia edərək, "İran heç bir...





















Son şərhlər