"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Səməd Vurğunun 37-ci ildə də, 52-ci ildə də tutulmaq şansları vardı”

25 Oktyabr 2014 - 23:13
in MƏDƏNİYYƏT
FacebookVatsap

Ovçular Birliyinin fəxri üzvüdür, lakin heç vaxt ilana atəş açmayıb, çünki bu fikirdə olmayıb,1414259437 səbəbini isə heç özü də bilmir. Vətən və ideya uğrunda ölənlərin qarşısında baş əyir, qadın uğrunda ölənlərin ruhu qarşısında isə diz çökməyə hazırdır. Saz üstündə köklənən, lakin caz sevgisini daşıyan qəlbi var. 

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

 

 

Şəkil və foto çəkməyi də bacarır. Pianonu da dilləndirir, amma əsil söz adamıdır. Özünü iki dəfə öldürmək istəyib, min dəfə isə tam əksinə, özünü öldürməyib… Xalq şairi, Əməkdar incəsənət xadimi, Milli Məclisin deputatı olan Vaqif Səmədoğlunun xəstəlikdən öncə verdiyi  müsahibəsini təqdim edirik.

 

– Saat və aksesuarlar – bu iki əşya üstünüzdə olanda əhvalınızda nə baş verir?

 

– Saat zaman göstəricisidir, vaxt göstəricisidir. Yəni bilirsən günün hansı zamınındasan, hansı vaxtındasan. Sözün doğrusu, qalustukun nə fəsləsəfəsini bilirəm, nə də tarixini. Mən kəpənək qalstukları sevirəm. Düşünürəm ki, insan səmimidirsə, qalstuk belə ona təsir edə bilməz. Mən şortikdə o qədər qeyri-səmimi insanlar görmüşəm. Bununla yanaşı həmişə qalstukda olan səmimi insanlar da tanıyıram.

 

-Vaqif müəllim sonuncu dəfə piano arxasında nə zaman əyləşmisiniz?

 

Fikirləşir…

 

– Həmişə onun arxasındayam, xəyalən. Çünki mənim həyatım onunla bağlıdır. Musiqi məktəbində oxumuşam, Konservatoriyanı bitirmişəm. Moskva Konservatopriyasında bir müddət təhsil almışam, işləmişəm. Bizim Konservatoriyada on ilə yaxın fortepianodan dərs demişəm. Hətta piano müəllimi olmuşam. Fiziki nöqteyi-nəzərdən hərdən otururam. Onu da deyim, fortepianoda çalmaq kifayət qədər ağır işdir. Məşhur bir professor bunu qara fəhlənin zəhməti ilə müqayisə edirdi. Axırıncı dəfə sizin yanınızda oturdum.

 

– Musiqi və kitab ruhun qidasıdır. Musiqi və kitabın insan həyatındakı rolu nədən ibarətdir?

 

– Musiqinin yeri daha çoxdur. Çox insanlar tanıyırıam ki, əllərində bir dəfə də kitab tutmayıblar, amma musiqi dinləməyi xoşlayırlar. Burada musiqi və kitabın insana nə verdiyindən söhbət getmir. Əsas odur ki, insan bunlardan nə ala bilir. İnsan var ki, nə müsiqindən, nə də kitabdan heç nə götürə bilmir. Canı sağ olsun. İnsan da var, yaxşı musiqi ilə, yaxşı kitab oxumaqla formalaşır. İnsan kimi yetişir, insan kimi püxtələşir.

 

-Vaqif müəllim, bəzən şairlərin də susduğu bu şəhərdə nə hiss edirsiniz, hazırki söhbət sizə nə verir?

 

– Mənə imkan verir ki, verilən sullara cavab verim. Bacardıqca müfəssəl və abırlı cavab verim.

 

– Birdən zaman haqqında düşündüm. 37-ci ildə Səməd Vurğun tutulsaydı, 39-cu ildə Vaqif Səmədoğlu dünyaya gəlməyəcəkdi… Bununla da Azərbaycan hansı ziyalısını itirə bilərdi?

 

– Nəbilim… (fikirləşir) Əgər məni ziyalı hesab edirsinizsə, yəqin ki, mən olmayacaqdım. Amma Səməd Vurğunun 37-ci ildə də, 52-ci ildə də tutulmaq şansları vardı. (yenə fikirləşir) Xoşbəxtlikdən tutulmadı…

 

– Ad günü təəssüratları… Ad günlərini necə keçirirsiniz? Son ad gününüzü nə zaman qeyd etmisiniz?

 

– Hər il… Çünki mənim həyat yoldaşım Nüşabə xanım ad günləridi, bayramlardı – bunlara çox diqqətlə yanaşan insandır. Çox təntənəli yox. Böyük restoran da bağlatmırıq. Yaxın dostlar, qohumlar yığışıb evdə qeyd edirik. Çox qəribədir, özümü tanıyandan mən ad günlərimdə kədərli oluram… (fikrə gedir.) Həmişə kədərli olmuşam. Bunu anlatmaq çox çətindir. Bu emosional halın obyektiv və subyektiv səbəbləri var. 24 yaşla 74 yaşı qeyd eləmək arasında fərq var. 24 yaş əmindi ki, gələn il 25 yaş var. 74 yaşda artıq o əminlik yoxdur. Bilmirsən ki, gələn il 75 yaşını qeyd edə biləcəksən ya yox? Bəlkə orden verdilər.

 

 

Özümü iki dəfə öldürmək istəmişəm

 

– Heç olubmu saata baxıb demisniz ki, əqrəblərindən daş asılıb. Zaman sizə düşmən kəsilib, getmək istəməyib…

 

– Mən də yalnız aeroportda təyyarəni gözləyəndə, uçuşlar təxirə salınanda əqrəblərdən daş asılır. Gəlmisən ki, bir saatdan sonra uçursan, deyirlər, on iki saat gözləməlisən! Adətən vaxt çox tələsir. Mən istədim, sən istədin – vaxt gedəcək. Vaxtı yox, saatı biz yaratmışıq. Biz zamandan asılıyıq, zaman bizdən yox.

 

– Deyirsiniz, özümü iki dəfə öldürmək istəmişəm, min dəfə öldürməmişəm. Sizcə, bu dünya üçün Tanrıya xəyanət etməyə dəyərmi? İntihar xəyanətdirmi?

 

– Hesab eləmirəm. Mən elə hesab eləmirəm ki, intihar Tanrıya xəyanətdir. Tanrıya xəyanət ümumiyyətlə ola bilməz. Günaha bata bilərik. Ölüm qorxusunu addamaq, qorxu səddini keçmək. Onun üstündən adlamaq. Ancaq ölümdən də dəhşətli hiss var… (nəsə düşünür) Qorxu!!! Bu qorxudan milyonlarla insan bəşər tarixində özünü öldürüb. Kasıblıqdan yox, zənginlikdən yox, narkomaniyadan yox, məhz, qorxudan insan itihar edir. İnsan qorxuya dözə bilmədiyi üçün intihar edir. Mən intiharı heç bir zaman Allaha xəyanət saya bilmərəm. Baxmayaraq ki, yer üzündə mövcud dinlər intiharı günah hesab edir. (gülümsəyir) Amma mən dəqiq bilmirəm Allahın buna münasibəti necədir…

 

“Vaqif Səmədoğlu nə gic-gic danışır orada?”

 

– Dostoyevski “Günah cazibə qüvvəsidir” – deyirdi. Bəzən biz insanlar istəməyərəkdən  günaha doğru gedirik. İnsan bilərəkdən günah edirsə, nədir bunun fəlsəfəsi?

 

– Dostoyevskinin sözlərində də həqiqət var. Cazibə məsələsi elədi ki, insanın diqqətini çəkir. Bəzən qaranlıqda gedirsən, bir işıq görüsən işığın cazibəsi insanı özünə çəkir. İşığın cazibəsi olduğu kimi, zülmətin də öz cazibəsi olur.

 

– Bəs ziyalıların təqdimatı oxucuya nə verir?

 

-Yenə də baxır hansı ziyalıdı, hansı oxucu. Bax, bu söhbəti kimsə oxuyanda deyəcək ki, aaa… Vaqif Səmədoğlu nə ağıllı adamdı (fikirləşir), kimsə də deyəcək, nə gic-gic danışır orada. Bu da təbiidir. Amma hər yüz tamaşaçıdan biri bu söhbətdən nəsə götürə biləcəksə, ən əsası yeni bir fikrə, ideyaya gələcəksə,  sən də, mən də xoşbəxt ola bilərik. Kiməsə impulus ola biləcəyiksə, nə xoş bizim halımıza.

 

Bu zamanədə nəvə olmaq…

 

– Babanızı və nənənizi necə xatırlayırsınız? Baba olandan sonra, nəvə xoşbəxtliyini necə yaşayırsınız? 

 

– Mən baba görməmişəm. Bircə nənə görmüşəm. Mənə həmişə maraqlı olub ki, onlardan mənə nə keçib? Genetik kodlar… Bax, bu məni çox düşündürür. Yəqin ki, mənim nəvələrimi də bu düşündürəcək. Bir də bilirsiz nə var, indiki zamanədə nəvə olmaq daha yaxşıdır. Mənim nəvələrimlə o qədər videom, o qədər şəklim var ki. Onu da deyim, özümün də balaca video-kameram var. Fotolarım da çoxdur. Özüm də fotoqrafam.

 

Ramız ona görə də dovşan balası yazmayıb

 

– Məşhur bir şer var: “İlan balası”. Ümumiyyətlə, bir insana gələcəyinə görə dəyər vermək nə qədər düzgündür? İlan balasına bir körpə kimi münasibət bildirmək lazımdır, yoxsa ilan balası olduğunu nəzərdən qaçırmamaq?

 

– Həə, Ramizin şeridi. Bir şey də deyim, məndən sənə əmanət – bir qız yanında bir qız tərifləmə, bir də br şair yanında bir şairi tərifləmə (gülür). Ramiz Rövşən mənim canım-cigərimdir. Yumurtadan çıxan balaca, yeddi-səkkiz santimetr olan gürzə barmaqla başından basanda öləcək, amma zəhəri artıq beş illik ilanın zəhəridi. Ramız onun üçün İlan balası yazıb, dovşan balası yazmayıb. Yəni bu, artıq ilandı. Amma təbiəti, heyvanları  sevmək lazımdı. Mən heç vaxt ilan öldürməmişəm.  Ovda çox olmuşam. Bir vaxtlar günlərim çöldə, meşələrdə keçirdi. Ovçuluqla məşğul olmuşam. Azərbaycan Ovçular Cəmiyyətinin fəxri ovçusuyam. (Gülür) Mən də təccübləndim məni niyə tüfəngsiz çağırırlar. Heç bir vaxt ilana atəş açmamışam.

 

– Düşünürsüz ki, ilana atəş açmaq olmaz?

 

– Nə danışırsan, mən ovçuyam. Atasını yandıraram. Harada ilan görsəz, ondan ehtiyatlı olun, xüsusilə də gürzədən. Elə ilan var ki, tapdamasan, insanı sancmaz, amma elə ilan da var, insana hücum edir. Mən bunu görmüşəm.

 

Onun üçün də internetə aludə olmuşam

 

– Hər hansısa bir toplum sizi qəbul eləmirsə, o topluma necə əlvida deyirsiniz?

 

– Toplumlar da yaş ilə formalaşır. Hər şey öz yerini tutur. Məni qəbul eləməyən toplumda nə işim var? Mən hörmət elədiyim, sevdiyim və hörmət gördüyüm insanın evinə gedirəm və o insanı öz evimə dəvət edirəm. Ünsiyyət çərçivəsi get-gedə daralır. Virtual ünsiyyəti demirəm. Canlı ünsiyyəti deyirəm. Çalışıram ünsiyyətdən qaçmayım. Onun üçün də aludə olmuşam internetə. Üniyyəti zəhmətə çevirmək olmaz. Onu da tarazlaşdırmaq lazımdır.

 

– İlk itkidən sonra nə dəyişdi həyatınızda?

 

– Bilirsən, Nigar, yaxınlardan ilk ölüm kimi məni (fikirləşir…) nənəmin ölümü heyrətə gətirdi. Yeddi yaşım olanda nənəm rəhmətə getdi. Onda heyrətə gəldim ki, yaxınımı itirdim. Nədənsə mən həddindən artıq müdrikləşdim, amma hələ də ağıllanıram. İtki həmişə itkidir, itki həmişə dərddir.

 

– Deyirlər, ağrı sərt bir ləzzətdir…

 

– Çox qədimdə deyiblər bu fikri. İnsanın ən yüksək zövq aldığı, ləzzət götürdüyü məqamlar, anlar xüsusi ilə məhəbbətdə ağrıdır (düşünür). Ağrının ən yüksək pilləsi. Mən gördüyüm ölümlərdə ölüm aqoniyası deyilən bir termin var. Aqoniyaya bizdə canvermə deyirlər. Nevropatoloqların, həkimlərin dediyinə görə, onda bütün ağrılar kəsilir, bütün ağrılar yox olur. İnsan eyforiya vəziyyətinə düşür. Keyf, ləzzət eyforiyası. Mən normal azarla ölən insanları deyirəm, qəflətən gülədən ölənləri yox. Ya faciənin keyfi, ya da keyfin faciəsi olur…

 

İndi də qumar oynayan yazıçılar var

 

– Yaşadığı dövrdə qəbul olunmayan, ölümdən sonra dahi kimi qəbul edilənan yaradıcı insanlara münasibətiniz necədir? Məsələn, klassik yazıçılardan Dostoyevski “Qumarbaz” romanını yazmaq üçün ruletka oyununun vətəninə qədər səyahət edir. Ümumiyyətlə, hər hansı bir yazıçı pis vərdişləri romanında yazmaq üçün onu öz həyatında yaşamalıdırmı? Yəni bu hadisələrin içindən keçmək nə qədər məntiqə uyğundur?

– Dostoyevski qumarbaz idi, Puşkin də qumarbaz olub. O dövrdə XVIII- XIX yüzillikdə qumar heç də ayıb şey, heç də qəbahət sayılmırdı. İnsan ünsiyyətinin formalarından biri idi. İndi də qumar oynayan yazıçılar var. Özüm sevmirəm. Qətiyyən. Dostoyevskinin Badenbadendə getdiyi kazinoya mən girmişəm və Dostoyevski oturan “lober masası”na əlimi də vurmuşam. Salam vermişəm Dostoyevskinin ruhuna! (gülür).

 

– Hər kişinin yaddaşında bir qadın mütləqdir. Maraqlı bir fakt yaddıma düşdü. Fransız yazıçısı Balzak öz xanımı ilə on beş il yazışdıqdan sonra evlənib. Maraqlıdır, bir xanımı yalnız  dahilərmi bu qədər gözləyə bilər? Vaqif Səmədoğlunun xanımlar qarşısında səbri və dözümü nə qədərdir?

 

– (Susub düşünür və diqqətlə harasa baxır…) Dözümüm sonsuzdur. Qadın haqqında mən həmişə bir şey deyirəm, indi də təkrar eləyirəm. Mən vətən uğrunda, ideya uğrunda ölənlərin qarşısında baş əyirəm. Amma qadın uğrunda ölənlərin qarşısında diz çökürəm…

 

Ay unutdun aaa…

 

– Hər insana doğma olan ev və evinizdəki iş otağınız haqqında nə deyə bilərsiniz? Gecələr nə düşünürüsüz, hansı dostlar yadda düşür?

– Səməd Vurğunun oğluyam. Evimizdə həmişə saz, muğam olub. Evimizdə Aşıq Mirzə, Xan Şuşinski kimi xanəndələr olub. Hazırda alaqırıq xatirələr yazıram və ömrümdə təsəvvürümə gətirə bilməzdim ki, xatirə yazmaq işgəncədir. Doğurdan işgəncədir. Çalışıram səmimi yazım, düzünü yazım. Mən xatirələri yox, xatirələr başlayır məni yazmağa. Bilirsən necə? Xatirələrin öz iradəsi var… Yadına bir yaxşı xatirə salmaq istəyirsən, birdən yadına eləsi düşür, deyir, kişisənsə bunu da yaz. Əsasən, xatirələr gecələr olur. Xatirələr kompromisə getmir. Ancaq yaxşı xatirələrlə yaşaya bilmirsən. Mütləq böyründən biri çıxır. Elə hadisə var ki, onu unutmaq istəyirsən. Ayy unutdun aaa… Heç vaxt.

 

Qara avtomobil

 

Bu sözləri deyəndən sonra Xalq şairi mənə balaca bir konfet verib, çantasını əlinə aldı, ətrafı maraqla seyr etdi, qoluma girdi, aram-aram piləkənləri düşdü, sonra qara avtomobilinə oturub yola düşdü…

 

 

 

Previous Post

“Səməd Vurğunun 37-ci ildə də, 52-ci ildə də tutulmaq şansları vardı”

Next Post

Türkiyə qaynayır: üç polis PKK tərəfindən öldürdü – Foto

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

Türkiyə qaynayır: üç polis PKK tərəfindən öldürdü - Foto

Türkiyə qaynayır: üç polis PKK tərəfindən öldürdü - Foto

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.