"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Səməd Seyidov: “Azərbaycana qarşı qətnamələr heç vaxt işləməyəcək”

19 Sentyabr 2014 - 14:09
in SİYASƏT
FacebookVatsap

“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə əslində daha çox Azərbaycanla deyil, Avropa Parlamentinin özü ilə bağlıdır. Təəssüflər olsun ki, son zamanlar biz Avropa Parlamentində gedən prosesləri müşahidə edərkən Avropa dəyərlərinin, ümumbəşəri prinsiplərin, məhz Avropanın ən vacib olan strukturunda – Avropa Parlamentində pozulub tapdandığını görürük”.

Bunu da oxuyun

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Semed-SeyidovBunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bildirib.

S.Seyidov qeyd edib ki, əgər belə olmasaydı, AP-nin qəbul etdiyi qətnamələr, sülhə, barışığa və Avropanın inkişafına gətirib çıxarardı: “Amma qəbul etdikləri qətnamələrin əksəriyyəti nəticəsində bu gün Ukrayna alovun içərisindədir, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulub, Azərbaycanın Dağlıq Qarabağ problemi faktiki olaraq dondurulmuş şəkildə qalıb. Əslində regionda çox ciddi və təhlükəli proseslər gedir, Moldovanın problemləri günü-gündən gərginləşir, daha çox kəskin mövqedə dayanan insanların sayı artır, Avropanın içərisində ekstremist qüvvələr çoxalır. Avropa Parlamentinin əsas prinsipi sülh, inkişaf, demokratiya, insan haqları, qanunun aliliyi və sair istiqamətdə iş aparmaqdır. Bəs belə olan halda bunların gördüyü iş nəticəsində hər şey tamamilə əks istiqamətdə cərəyan edirsə, niyə Azərbaycanla bağlı qəbul olunmuş qərar barədə düşünülməlidir ki, bu bizə xeyir gətirib və Azərbaycanı insan haqları və qanunun aliliyinə xidmət edən addımları atmağa vadar edəcək?”

S.Seyidov deyib ki, əslində qəbul olunmuş qərar qanunun aliliyinə zərər vurma fəlsəfəsini daşıyan qətnamədir: “Çünki qanunun aliliyi o deməkdir ki, dövlət tərəfindən qəbul olunmuş, onun parlamenti tərəfindən qəbul olunmuş qərarlara heç kim müdaxilə edə bilməz. Həqiqət naminə deməliyəm ki, orada qətnamə qəbul olunarkən müzakirələr zamanı Çexiyadan olan nümayəndə Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, Avropa Parlamentinin ona konsepsiyasını qəbul etdirmək haqqı olmadığını, Azərbaycanın daxili işinə hörmətlə yanaşmalı olduqlarını dedi. Amma görün qətnamədə nə əksini tapdı: “qanunları dəyişdirin, istintaqı gedən şəxslər üzərindən, – halbuki hələ heç bir nəticəsi yoxdur və istintaq bitməyib, – bütün ittihamlar götürülməli və dərhal azadlığa buraxılmalıdırlar. Hansısa bir iş törədən başqa insanlar isə dərhal tutulmalıdır”. Bu, hansı dildə danışmaqdır? Necə yəni göstəriş verilir ki, kimsə azadlığa buraxılsın, kimsə tutulsun? Bəlkə artıq suverenlik, qanunun aliliyi terminləri Avropa Parlamentindən götürülüb, bizim xəbərimiz yoxdur?”

S.Seyidov onu da deyib ki, bu qətnamə AP tərəfindən qəbul olunsa da, oranın çox cüzi bir tərkibi tərəfindən təklif olunmuş sənəddir: “Ən maraqlı məqam odur ki, o qətnamənin qəbulunda iştirak edən müxtəlif partiyaların təmsilçilərinin heç biri Azərbaycanda heç bir dəfə də olmayıb. Burada gedən proseslərdən, ümumiyyətlə, xəbərləri yoxdur”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da deyib ki, AP-də qəbul olunan sənədi təklif edənlər birbaşa erməni lobbisinin çox ciddi təsiri altındadırlar: “Azərbaycana edilən bu təzyiqlərin ən əsas səbəbi də odur ki, Azərbaycan nə Qərbin, nə Şərqin, ümumiyyətlə, heç kimin diqtəsi altında yox, millətin maraqlarına uyğun addımlar atır, öz yolu ilə inkişafı edir”.

Belə bir qətnamənin Azərbaycanda “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində qəbul olunmasını təsadüfi saymayan S.Seyidov deyib ki, burada böyük geostrateji oyun var: “Bu təzyiqin arxasında erməni lobbisinin Azərbaycan haqqında təqdim etdiyi tamamilə düzgün olmayan məlumatlar və erməni lobbisinin təsiri altında düşmüş parlamentarlar var”.

AŞPA sədrinin Azərbaycana səfəri ərəfəsində belə bir qətnamənin qəbul edilməsinin düzgün hal olmadığını şərh edən S.Seyidov onu da deyib ki, Azərbaycana qarşı təzyiqlərdən ibarət olan qətnamələr heç vaxt işləməyib, işləmir və bundan sonra da işləməyəcək.

Qeyd edək ki, AP-də Azərbaycanla bağlı qətnamə qəbul olunub. Qətnamədə Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində ciddi islahatlar aparmağa, vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət partiyalarına, müstəqil jurnalistlərə hücumları dayandırmağa, sərbəst toplaşma azadlığı ilə bağlı qadağanı aradan qaldırmağa çağırılıb. Həmçinin bir qrup hüquq müdafiəçisinin həbsdən “dərhal və qeyd-şərtsiz azad olunması” tələb olunub, Azərbaycanla əməkdaşlıq üçün “insan hüquq və azadlıqlarının qorunmasını bu münasibətlər üçün şərt hesab edildiyi” vurğulanıb.

Previous Post

Səməd Seyidov: “Azərbaycana qarşı qətnamələr heç vaxt işləməyəcək”

Next Post

Partiya sədrindən Kamil Vəliyə ağır sözlər

Bənzər yazılar

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici...

Next Post

Partiya sədrindən Kamil Vəliyə ağır sözlər

Partiya sədrindən Kamil Vəliyə ağır sözlər

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.