“Səbail” qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb.
Elchi.az-ın məlumatına görə QOL.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Madi Quetanın ardından keniyalı futbolçu Ayub Masika ilə mövsümün sonuna qədər müqavilə imzlayıb.
Son olaraq, Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lierse”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub.
Keniya millisinin üzvü olan Masika 28 qarşılaşmada 4 qola imza atıb.