"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rəsul Quliyevdən “OMON” hadisələri ilə bağlı yeni şok açıqlamalar…

20 Mart 2016 - 18:27
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Keçmiş spiker: “Heydər Əliyevin yerinə Cavadov qardaşları gəlsəydi, bu, Azərbaycanın ən böyük fəlakəti olardı, ölkə müstəqilliyini itirə bilərdi” 

“OMON” (XTPD – Xüsusi Təyinatlı Polis Dəstəsi) hadisələrindən 21 il ötür. Azərbaycanda hərbi müxalifətin tamamilə sıradan çıxarıldığı və “OMON” rəhbəri Rövşən Cavadovun öldürüldüyü 1995-ci ilin mart hadisələri yaddaşlardan hələ də silinməyib.
21 il öncənin hadisələri ilə bağlı bugünlərdə ən çox gündəmə gələn şəxs o zamanlar Azərbaycan parlamentinin sədri olan Rəsul Quliyevdir. Eks-spikerin ünvanına ciddi ittihamlar var. Hətta onu R.Cavadovun ölümündə günahkar bilirlər. “OMON”-çuların və Cavadov qardaşlarının istefasını tələb etdiyi əsas dövlət məmurlarından biri olması, zaman keçdikcə R.Quliyevə qarşı iddiaların sayının artmasına səbəb olur.
Hazırda Amerikada mühacirətdə yaşayan R.Quliyevlə internet üzərindən “OMON” hadisələri ilə bağlı söhbət etdik.
– Rəsul müəllim, o vaxt dövlətin ikinci şəxsi olaraq 21 il öncənin bu günlərini necə xatırlayırsınız? 
– 1993-cü ilin fevralından 1995-ci ilin aprelinə qədər olan illər, aylar və günlər Azərbaycanın yaşadığı ən ağır dövr idi. 1993-cü ilin aprelindən Kəlbəcərin işğalı ilə başlanan proses həmin ilin avqustunda 20 faiz torpaqlarımızın işğal olunması ilə yekunlaşmışdı. Ardınca 1994-cü ilin sentyabrında bağlanmış neft müqaviləsindən narazı qalan Rusiyanın oktyabrda, Türkiyənin 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etməsi çox həyəcanlı günlər idi. Tək soruşduğunuz dövrü yox, əvvəlki hadisələri də yaxşı xatırlayıram. Bilirsiniz, həyatı boyu çoxsaylı səhvlər buraxmayan, hər problemi düzgün həll edən dahi siyasətçilər olmur. Kimlərsə bunun əksini iddia edirsə, sadəcə olaraq, əbləhdir. Dahilər yalnız dəqiq elmlərin alimlərindən ola bilər. Siyasətçilər isə, ancaq diktatura rejimlərində təkbaşına istədiyi məsələni həll edə, “dahilik” statusuna layiq görülə bilər. Normal rejimlərdə tək adamın yox, komandanın rolu böyükdür.
– “OMON” hadisələrinin üstündən keçən bu müddət ərzində hadisələrlə bağlı ən çox ittihamlara məruz qalan şəxslərdən biri sizsiniz… 
– Burada qeyri-adi bir şey görmürəm. Həmin dövlət çevrilişinin qarşısını almaq üçün ən qətiyyətli addımlar atan iki şəxsdən biri mən olmuşam. Və o hadisələri törədənlərin ssenarisinin iştirakçıları darmadağın olmaqlarında həmişə məni ittiham edəcəklər, ancaq tarixin obyektiv analizi həmişə mənim tərəfimdə olacaq.
– Rövşən Cavadovun məşhur videosu var. Orada deyir ki, Heydər Əliyev və Rəsul Quliyev istefaya getməsə, onları özüm istefaya göndərəcəm. Hədəfdə olmağınıza səbəb nə idi? 
– 1995-ci ilin martında baş vermiş hadisələr faktiki 1994-cü ilin oktyabrında başlanmış dövlət çevrilişi cəhdinin davamı idi. Hər iki hadisədə Surət Hüseynov və Rövşən Cavadov oyunçular deyildi, sadəcə, oynayanların onları ferz edəcəklərinə söz verdikləri “peşka”lar idi. Mart hadisələrinin daha qanlı qurtarmasının səbəbi isə Hüseynovdan fərqli olaraq, Cavadovun komandasında paranoik qardaşının olması oldu (Mahir Cavadovu nəzərdə tutur-red.) Heydər Əliyev və mənim neft kontraktlarının bağlanmasında Qərb kompaniyalarına üstünlük verməyimiz o dövrdə finans imkanları məhdud olan Rusiya və Türkiyənin kənarda qalması, bu ölkələrin bəzi dairələrini (Rusiyada hərbiçiləri, Türkiyədə baş naziri və onun biznes partnyorlarını) qane etmirdi. Konkret mart hadisəsində Rövşən Cavadovun bu şüarı elə bu səbəbdən səsləndirildi, yəni ağasının komandası ilə. “Getməsələr, özüm göndərəcəyəm” kimi fikirlərə gəldikdə isə, bu, sadəlövhlük idi. 500 silahlı ilə o, necə məni istefaya göndərə bilərdi?! İnsanın bədbəxtliyindən biri də özündən müştəbeh olmasıdır.
– Elçibəy hakimiyyəti dövründə Rövşən Cavadov və siz hakimiyyətdə təmsil olunmusunuz. Bəlkə həmin zamandan aranızda yaranan ədavət buna səbəbdir? 
– Rövşən Cavadovla mən az qala dostluğa yaxınlaşan bir münasibətdə olmuşuq. Hələ o, “OMON” komandiri olandan biz tanış idik. Bilirsiniz, o dövrlərdə Cavadov Qarabağda nələrsə etmək istəyirdi. Qarabağda nəsə bir iş görmək istəyən elə bir insan yoxdur ki, mən ona kömək etməyim. Ona görə də həm o dövrdə, həm də ondan sonra Qarabağ döyüşlərində yaralanmış, xəsarət almışları xaricə müalicəyə qədər göndərirdim. Rövşən Cavadovun Heydər Əliyev hakimiyyətə gələndən sonra daxili işlər nazirinin 1-ci müavini qoyulması da mənim təqdimatımla olubdur. Onunla heç vaxt heç bir konfliktim olmayıb. Əksinə, həmişə səhv addımlardan qorumağa çalışmışam. Elə mart hadisələrində də, onunla dil tapıb qansız-qadasız bu qarşıdurmanı həll edə bilərdim. Təəssüf ki, onun üzərində sözün əsl mənasında paranoik olan qardaşının təsiri güclü idi. Onun paranoik olmasını öyrənmək elə də çətin məsələ deyildir, işlədiyi yerlərdən soruşsanız, əmin ola bilərsiniz.
– Sizcə, “OMON” hadisələri baş verməyə bilərdimi, problemin həlli yolunu tapmaq mümkün idi? 
– Hər halda, bu məsələni azı 10 gün qan tökülmədən həll etmək üçün hər gün çalışırdım. Yəni onların qaldırdıqları istənilən məsələni müzakirə etmək, razılığa gəlmək və ondan sonra silahları təhvil vermək istiqamətində işlər görmək üçün xeyli çalışmışam. Ancaq təəssüf ki, bu cəhdləri onlar və ağaları zəiflik kimi qəbul edirdilər. Bu günə-sabaha ölkəni qoyub qaçacağımıza inanırdılar. Həm hökumətdə işləyənlərdən, həm də müxalifətdə olanlardan onlara olan zənglər və yaltaqlanmalar da elə fikrə düşmələrinə kömək edirdi.
– İl yarımdan sonra özünüzün də hakimiyyətdən gedəcəyinizi bilsəydiniz, “OMON” hadisələrində hakimiyyəti “xilas” edərdinizmi? Ümumiyyətlə, mart hadisələrinə görə nə zamansa peşman olmusunuz? Rövşən Cavadovun istəkləri həyata keçsəydi, bəlkə də sizin üçün daha müsbət olardı… 
– Həyatım boyu buraxdığım çoxsaylı səhvlərin içərisində mart hadisələrində tutduğum pozisiya yoxdur. Mart hadisələri təkrar baş versə, yenə eyni addımları atardım. Ola bilər, Cavadovu qardaşından izoliyasiya etmək üçün daha çox cəhdlər edərdim. Ancaq zorla hakimiyyəti dəyişməyin (mən ümumiyyətlə zorakılığa qarşıyam) əleyhinəyəm. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında da eyni pozisiyadan çıxış edirdim. Heydər Əliyevin gedib, onun yerinə Cavadov qardaşlarının gəlməsi Azərbaycanın ən böyük fəlakəti olardı. Ölkə real müstəqilliyini itirərdi. Rövşən Cavadovun elə bir istəyi də yox idi. Ümumiyyətlə, heç bir liderlik keyfiyyətinə malik olmayan, qardaşının sayıqlamalarına inanan, Türkiyənin bəzi dairələrinin subyektiv fikirlərini analiz etməyi bacarmayan bir şəxs necə sistem yarada bilərdi, bu, qeyri-ciddidir. Mən bir il yarımdan sonra getməmək üçün müəyyən tədbirlər görə bilərdim, sözsüz dinc yolla, ancaq bunu etmədim, bu da buraxdığım ən böyük səhvlərdən biridir.
– O zaman Cavadovla siyasi müxalifətin əlaqələri var idi? Sizlərdə müxalifətin “OMON”-a dəstək verməsi ilə bağlı xəbərlər, faktlar var idi? 
– Qeyd etdiyim kimi, o vaxtkı və indi də fəaliyyətdə olan bir çoxları Cavadovla telefon danışıqlarında iştirak ediblər. Sözsüz, bizim bunlardan xəbərimiz var idi. Hakimiyyətə gəlmək arzusunda olan bəzilərinin bu sadəlövh, primitiv adamın qarşısında məddahlıq etmələri məndə ikrah hissi doğururdu.
– Rövşən Cavadov yaradılacaq Dövlət Şurasında Elçibəy və Mütəllibovun təmsilçiliyini tələb edirdi. Nədən? Bəlkə bu şəxslər ona gedən proseslərdə dəstək verirdilər? “OMON” hadisələrində Rövşən Cavadovu çıxıb, digər iştirakçıları bağışlamaq mümkün deyildimi? Niyə başqa yola əl atıldı? 
– Rövşən Cavadovun yaradacağı Dövlət Şurasında Mütəllibovun (Rusiyanın nümayəndəsi) Elçibəyin (Türkiyənin təmsilçisi) olması tələbi sözsüz həm ağaları, həm də adları çəkilənlərlə razılaşdırılmışdı. Ancaq onların iştirakı kukla iştirakı olmalı idi. Baş prokuror qardaşı, ölkənin bütün silahlı qüvvələrinin baş komandanı Rövşən Cavadov olmalı və bu yolla idarə etməli idilər. Əlbəttə, belə bir rejim işləyə bilməzdi. İlk növbədə məhdud ağıllı Cavadovların idarəçiliyi zorakılıq üzərində qurulacaqdı. İkincisi, Türkiyə ilə Rusiyanın maraqları toqquşacaq və ölkədə yeni vətəndaş müharibəsi başlayacaqdı.
– Hazırda həbsxanalarda 3 ömürlük “OMON”-çu məhbus qalıb. Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov… 
– Cavadovların məğlubiyyətindən sonra döyüşdə iştirak etmiş «OMON»çulara qarşı çox da ağır cəzaların verilməməsini tələb edirdim. Düşünürdüm ki, bir çoxları, sadəcə olaraq, cavanlıqdan, savadsızlıqdan hadisələrə düzgün qiymət verə bilməyiblər. Onların həyatını məhv etmək lazım deyildi. Həmin ömürlük zindanda oturanlardan Əmiraslanov bu gün yaşamasına görə mənə borcludur. O, Qarabağ müharibəsində başından ağır yara almışdı və ölməyə məhkum idi. Onu Avstriyaya göndərib başında çox mürəkkəb cərrahiyyə əməliyyatları elətdirib yenidən həyata qaytarmışdım. Düzdür, sonralar mənim əleyhimə çox xoşagəlməz sözlər deyirdi, amma bu insanların hər üçünün azadlığa buraxılması düzgün addım olardı.
– “OMON” hadisələrində hakimiyyəti Türkiyənin Bakıdakı səfirinin uyarması barədə iddialar var. Əgər belədirsə, o zaman Türkiyə hökuməti Cavadovu niyə dəstəkləməli idi? 
– Türkiyə səfirliyi birbaşa dövlət çevrilişinin əsas iştirakçılarından biri idi. Keçmiş səfir Karamanoğlu bu işə rəhbərlik edirdi. Cavadov atdığı addımları onunla, o isə Ankara ilə razılaşdırırdı. O vaxtkı Türkiyə hökuməti neftdən onlara verilən payın az olduğundan narazı idi. Bu hadisələr baş verəndən bir neçə ay sonra Süleyman Dəmirəl iki ölkə arasında əlaqələri qaydaya salmaq üçün Heydər Əliyevdən Tansu Çillərin Azərbaycana səfərinə razılıq aldı, guya arada heç bir şey olmayıb, dostluq, qardaşlıq davam edir. Tansu Çillər mənə onun planlarını dağıtmış adam kimi nifrətlə baxırdı. Sözsüz, mən də öz münasibətlərimi o qədər də gizlətmək niyyətində deyildim.
– Elçibəy hakimiyyətinin devrilməsində Rusiyanın təsirinin olması barədə iddialar var. O zaman Rusiya Cavadovu dəstəkləməklə nəyə nail olmaq istəyirdi? 
– Rusiya Cavadovu dəstəkləmirdi, onun əli ilə öz adamını gətirmək və sonradan hakimiyyəti tamamilə ələ almaq istəyirdi. Və son nəticədə neft kontraktını pozub sonra yenidən öz xeyrinə həll etmək istəyirdi.
– “OMON” hadisələrində Türkiyənin də əlaqəsinin olduğunu dediniz. Həmin dövrdə Türkiyə ilə Azərbaycan hakimiyyətlərinin yaxın əlaqələri var idi. Bu necə mümkün ola bilərdi? Neft amili onları bizə qarşı qoymuşdu? 
– Türkiyə ilə Azərbaycan hakimiyyətinin normal əlaqələri var idi. Eyni əlaqələr Rusiya ilə də mövcud idi. Əgər siz yaxın əlaqələr dedikdə türk hərbiçilərinin Azərbaycan əsgərlərini hazırlamasını nəzərdə tutursunuzsa, bu, doğrudur. Ümumiyyətlə, türk generalları və zabitləri əhval-ruhiyyələri çox yüksək olan qeyrətli və namuslu insanlar idi. Sözsüz ki, bu çevrilişin tərəfdarları, izah etdiyim kimi, Türkiyə hökuməti deyildi, baş nazir Tansu Çillər və onun ətrafında olan bəzi insanlar idi.
Azərbaycanda dövlət çevrilişinə cəhd olacağı xəbərini Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl Heydər Əliyevə 14 martda çatdırmışdı. O dövrdə Dəmirəllə Çillər bir-birilərinə düşmən pozisiyada dayanmışdılar, baxmayaraq eyni partiyadan idilər. Hərbçilər isə tam müstəqil siyasət aparırdılar. (musavat.com)

 

Previous Post

Rəsul Quliyevdən “OMON” hadisələri ilə bağlı yeni şok açıqlamalar…

Next Post

Merkel 4 min tona yaxın qızılı geri qaytarır

Bənzər yazılar

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Elchi.az  xəbər verir, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin Hüquq...

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

23 Avqust 2026 - 21:16

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan üçün bərə inşasının sürətləndirilməsinin və layihəyə prioritet xarakter verilməsinin zəruriliyini bildirib. Dövlət başçısı bu barədəAzərbaycan...

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Şimal axını" boru kəmərinin partladılması əməliyyatının planlanması və ya həyata keçirilməsində iştirakı yönündəki iddianı təkzib...

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06

İranın ABŞ bazalarına zərbələrindən sonra ABŞ Fars körfəzindəki hərbi mövcudluğunu azaltmaq imkanını nəzərdən keçirir. Elchi.az -ın verdiyi məlumata görə, bu...

Next Post

Merkel 4 min tona yaxın qızılı geri qaytarır

Azərbaycanda polis rəisi dul qadınla nigahsız münasibət qurdu və... - Sensasion təfərrüat (Foto)

Son xəbərlər

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

24 Avqust 2026 - 16:16
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

24 Avqust 2026 - 16:10
Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

24 Avqust 2026 - 12:25
Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

24 Avqust 2026 - 12:12
Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

Hikmət Hacıyev: “Qarabağdan Buxaraya – əsrləri aşan dostluq körpüsü”

24 Avqust 2026 - 11:46
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev Buxarada səfərdədir

24 Avqust 2026 - 11:32
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb

24 Avqust 2026 - 11:30
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

24 Avqust 2026 - 11:21
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur

24 Avqust 2026 - 11:14
Prezident İlham Əliyev Zelenskini təbrik edib

Prezident İlham Əliyev Zelenskini təbrik edib

24 Avqust 2026 - 11:10
Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

Estoniya baş naziri: Rusiyanın NATO-ya hücum təhlükəsi var

24 Avqust 2026 - 11:07
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib

24 Avqust 2026 - 11:00
İrandan Hörmüz boğazı ilə bağlı qərar: Gəmilərdən ödəniş alınacaq

İrandan Hörmüz boğazı ilə bağlı qərar: Gəmilərdən ödəniş alınacaq

24 Avqust 2026 - 10:51
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

FHN: Ötən həftə 36 nəfər xilas edilib, 6 nəfərin meyiti təhvil verilib

24 Avqust 2026 - 10:42
“Super” El-Nino dünyanı çətin dövrə sürükləyir

“Super” El-Nino dünyanı çətin dövrə sürükləyir

24 Avqust 2026 - 10:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.