Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, bu barədə XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib.
Qeyd olunub ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir:
“Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”.
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO
Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...





















Son şərhlər