Rutte: Rusiya həmişə xəritədə olacaq və biz onunla əlaqələr qurmalı olacağıq

63

Elchi.az xəbər verir ki, Hollandiyanın baş naziri Mark Rutte Rusiyanın həmişə xəritədə qalacağını və heç bir yerdə yox olmayacağını, Moskva ilə diplomatik münasibətlərin qurulması lazım olduğunu etiraf edib.
“Rusiya heç yerə getmir. Həmişə dünyanın ən böyük ölkəsi olacaq, həmişə xəritədə qalacaq… Nə fikirləşsək də, ordadır. Biz ona münasibətimizi birtəhər qurmalı olacağıq”, – Hollandiya hökumətinin başçısı Ukraynanın “Evropeyskaya Pravda” nəşrinə müsahibəsində bildirib.
Eyni zamanda Rutte etiraf edib ki, bu gün onun üçün bu münasibətlərin necə olacağını təsəvvür etmək çətindir.
Xatırladaq ki, şənbə günü, fevralın 18-də Hollandiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin qovulmasına məruz qalan əməkdaşlarının iki həftə ərzində ölkəni tərk etməli olduqlarını açıqlamışdı. Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirləri görəcəyinə söz verib.

Şayəstə