Rusiyanın Belarusdan Ukraynanın şimalına hücumu riski aşağıdır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Belarusdan Ukraynanın şimal-qərbinə hücum ssenarisi yaxın aylarda çətin ki, baş versin. Axı Rusiya ordusunun qurudan hücumla Ukraynanın Qərbdən təchizat xətlərini kəsmək imkanı yoxdur. Ən yaxın şərq-qərb Ukrayna dəmir yolu Belarus sərhədindən 30 km məsafədədir və Ukraynanın şimalında və Belarusdakı Pripyat bataqlıqları Volın və Rivne vilayətlərində beynəlxalq sərhəddən manevr müharibəsini son dərəcə çətinləşdirir”, – məlumatda deyilib.
Qeyd edilir ki, Ukraynanın avtomobil və dəmir yolu şəbəkəsi Polşa, Rumıniya, Slovakiya və Macarıstanla kifayət qədər qovşaqlara malikdir.
Pentaqon İran müharibəsi fonunda sursat çatışmazlığını açıqladı
Pentaqonun Baş Müfəttişi İranla müharibə nəticəsində yaranan sursat çatışmazlığını etiraf edib. Elchi.az xəbər verir ki, Pentaqonun Baş Müfəttişi bildirib ki, İranla müharibə...





















Son şərhlər