Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna ərazisindən Bryansk vilayətinə daxil olmağa cəhd edən bir qrup ukraynalı diversantı məhv edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.
“Rusiya Federasiyasının dövlət sərhədində FTX Ukrayna diversiya-kəşfiyyat qrupunu məhv edib. Belə ki, 2022-ci il dekabrın 25-də baş vermiş toqquşma nəticəsində Ukrayna ərazisindən Bryansk vilayəti ərazisinə soxulmağa cəhd edən 4 diversant öldürülüb”, – məlumatda deyilir.
Bildirilir ki, diversantların üzərində xarici silahlar – Almaniya istehsalı “Sig Sauer” markalı avtomatlar və onlar üçün döyüş sursatı, rabitə və naviqasiya cihazları, habelə təxribat və terror aktları törətmək üçün tutumu təxminən 40 kq trotil olan 4 kustar üsulla hazırlanmış partlayıcı qurğu olub.
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...




















Son şərhlər