Rusiyanın viza qərarına Gürcüstanın reaksiyası

102

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Rusiya onun ölkəsinin ərazisini işğal etdiyi müddətdə Gürcüstanla viza rejiminin ləğvi qəbuledilməzdir.
Elchi.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili sosial media hesabından Rusiyanın mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza tətbiqini ləğv etməsinə, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və turizm şirkətlərinin turpaket satışına qoyulan qadağaların ləğvinə münasibət bildirib.
Rusiyanın bu qərarını “təxribat” kimi qiymətləndirən Zurabişvili, “Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirdiyi və torpaqlarımızı işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir” ifadəsini işlədib.

Nuranə Məmmədova