"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiyanın təcavüzü: regional xaosdan qlobal fəlakətə doğru

10 İyun 2022 - 19:38
in SİYASƏT
FacebookVatsap

Rusiyanın Ukraynaya xain təcavüzü onsuz da təlatümlü olan qlobal təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdıb. İndi ekspertlər dünya geosiyasətinin halını qeyri-müəyyənlik və risklərin yüksək səviyyədə olduğu “superturbulent vəziyyət” adlandırırlar.

Bunu da oxuyun

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Qərb ölkələri kollektiv şəkildə 21-ci əsrdə beynəlxalq hüquqa və fundamental bəşəri dəyərlərə məhəl qoyulmamasına birmənalı reaksiya və qiymət veriblər. Hətta Kremlin Belarusdan başqa Rusiya və Putinin ümid bağladığı yeganə müttəfiqi Çin də neytrallıq siyasətinə əməl etməyə başladı. Bu, Səma İmperiyasının siyasət ənənələri kontekstində tamamilə başa düşüləndir. Bunu onunla izah etmək olar ki, bugünkü iqtisadi cəhətdən güclü Çin Qərb və ABŞ-ın təkan verdiyi qlobalizm və sənaye dalğası üzərində formalaşıb. Ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin, texnoloji tərəqqinin əhəmiyyətli hissəsi Rusiya ilə deyil, məhz Qərb və ABŞ-la ilə bağlıdır. Rəsmi Pekin bunu yaxşı başa düşür.

Diqqət yetirilməli vacib bir detal ondan ibarətdir ki, Çin lideri Si Tszinpin hakimiyyətinin son illərində ölkə üçün baha başa gələn bir sıra siyasi səhvlərə yol verib. Xüsusilə, pandemiya və karantin zamanı məhz onun qərarı ilə ölkənin xarici aləmdən tamamilə bağlanması ağır iqtisadi itkilər və Çin biznesinin işgüzar fəallığının azalması ilə nəticələndi. Həm də Rusiyanın Ukraynaya təcavüzünün ilkin mərhələsində Çinin beynəlxalq platformalarda Rusiyaya dəstək verməsi və “veto” qoyması bütün mütərəqqi dünya ilə beynəlxalq və iqtisadi əlaqələr sistemində kəskinləşməyə səbəb oldu. Bunun kontekstində çox güman ki, Si Tzsinpin qarşıdan gələn seçkilərdə Çinin siyasi arenasında lider yerini itirə bilər.

Ukraynanın vəhşicəsinə işğalı nəticəsində dünya ictimaiyyəti Rusiyanın rəzil, təcavüzkar və qeyri-insani siyasətinin mahiyyətinə getdikcə daha çox əmin olur. Təcavüz rus imperializminin və vəhşi rus dünyasının əsl simasını üzə çıxartdı. Artıq bütün dünya əmindir ki, yenilməz rus ordusu və onun diplomatiyası haqqında rəvayətlər sadəcə mifdir. Şücaətdən, şərəfdən və müharibə postulatlarından uzaq olan rus əsgər və zabitləri artıq dinc əhali arasında vəhşiliklər törədən, öldürən, zorlayan və talan edən qüvvə kimi tanınır. Rusiya qoşunlarının yaratdığı qeyri-insani dəhşətlər bütün dünyanı ayağa qaldırdı və Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasına səbəb oldu. Bu kontekstdə Rusiyanın hətta BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı ciddi müzakirələr gedir.

Müharibənin dinamikası və xarakteri baxımından Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyündə qalması da doğru deyil. Fakt budur ki, sivil dünyanın gözü qarşısında milyonlarla insanın həyatı, Avrasiyanın təhlükəsizlik sistemi məhv edilir, Ukraynanın şəhərləri, qəsəbələri, kəndləri, infrastrukturu vəhşicəsinə dağıdılır. Ukrayna liderləri artıq 600 milyard dollar dəyərində ziyandan danışırlar və bu proses davam edir. Siyasətçilərin və hərbi ekspertlərin proqnozlaşdırdığı kimi, müharibə 2022-ci ilin sonuna qədər davam edə bilər, Ukraynanın maliyyə naziri Serhi Marçenkonun sözlərinə görə isə Ukrayna iqtisadiyyatı buna tab gətirə bilməyəcək.

Rusiyanın özündə vəziyyət daha da pisdir: büdcə və vətəndaşlar sadəcə olaraq hər gün yoxsullaşır, iqtisadiyyat sürətlə tənəzzülə uğrayır, həyat səviyyəsi aşağı düşür. Bu proseslər bütün dünya iqtisadiyyatına mənfi təsir göstərir. Üstəlik, artıq bu gün Avropa İttifaqı ölkələri arasında Rusiyanın təcavüzünə qarşı kollektiv qarşıdurma məsələsində fikir ayrılıqları yaranıb. Fransa müharibənin ilk günlərindən özünü qeyri-müəyyən apararaq, münaqişənin dondurulmasını təklif edərək, “Putini xilas etmək”də maraqlı olub. Almaniya hökuməti isə sadəcə olaraq ikili oyun aparır, Kremlin siyasəti ilə oynayır. Almaniyanın ağır hücum silahlarının tədarükü ilə bağlı vədləri bu günə qədər həyata keçirilməyib. Əgər Almaniya vəd etdiyi kimi, vaxtında silah tədarük etsəydi, Ukrayna qoşunları artıq hərbi əməliyyatların gedişatını kökündən dəyişmiş olardı.

Göründüyü kimi, bir çox geosiyasi səbəbdən Almaniya və Fransa Ukraynanın qələbəsində tam maraqlı deyil. Əsas səbəblərdən biri Rusiya üzərində qələbədən sonra Avropa nizamında yeni vəziyyətin yaranması qorxudur. Yeni nizamı qalib ölkə və onun müttəfiqləri, yəni İngiltərə, ABŞ, Polşa və Baltikyanı ölkələr diktə edəcək.

İndi Ukraynanın qələbəsi məsələsinə mane olan ölkələrə Putinin uzaq dostu və müttəfiqi Macarıstanın baş naziri V.Orban və İtaliyanın baş naziri qoşulub.

Bu kontekstdə Böyük Britaniyanın baş naziri Boris Conson yeni əməkdaşlıq platforması, yəni İngiltərə, ABŞ, Polşa və Ukraynanın birliyini yaratmaq təşəbbüsü ilə çıxış edib. Qeyd edək ki, Ukraynanın Rusiya üzərində qələbəsi halında Avropa məkanında yeni balans gücü mərkəzi yaranacaq. Təbii ki, bu proseslərin fonunda biz regional və qlobal geosiyasət dinamikasına yenidən nəzər salmalı olacağıq.

Rusiyanın suveren Ukraynaya təcavüzünün təzyiqi altında dünya geosiyasəti necə transformasiya olunur?

Geosiyasət baxımından, bu aqressiya, demokratik dünyaya meydan oxumaqdır. Biz əminik ki, XXI əsrdə dünya demokratiyasının nə dərəcədə güclü olması ilk dəfə ciddi sınaqdan keçirilir. Dünyanın bütün taleyi demokratik dəyərlərə bağlılığın səviyyəsindən və dərinliyindən asılı olacaq. Bu gün 4 ölkənin (Almaniya, Fransa, İtaliya və Macarıstan – red.) Ukraynanın suverenliyindən imtina və bəzi ərazilərinin itirilməsi ilə bağlı təkidli və şübhəli təklifi əslində, “Putinin simasını” qoruyub saxlamağa bərabərdir.

Birincisi, müasir siyasi nəzəriyyələr nöqteyi-nəzərindən suverenlik dövlətin əsas atributlarından biri kimi (ümumi ərazinin və dilin, tarixin və s. mövcudluğu ilə yanaşı) tərifinə daxil edilir. Ukraynanın bu məsələdə güzəştə getməsi onun “psevdodövlətçiliyi”, yəni uğursuz dövlət olması demək olardı ki, bu da rəsmi Kremlin əsas məqsədidir. Reallıqda bu, kiminsə özünü xilas etmək deyil, Ukraynanı məğlubiyyətə məcbur etməkdir. Amma bu, təkcə Ukrayna dövlətçiliyinin yox, Rusiyanın imperiya ambisiyaları qarşısında demokratik dünyanın məğlubiyyəti olardı.

İkincisi, demokratik geosiyasi dəyərlər çərçivəsində “təcavüzkarın üzünü ağ çıxartmaq” məntiqinin özü də məqbul deyil. Çünki o zaman əsl demokratiyadan, demokratik dövlətçiliyin ümumi siyasi-mənəvi prinsiplərindən və sairdən danışmaq olmaz.

Bütün bu absurd təşəbbüsün kulminasiya nöqtəsi 99 yaşlı Henri Kissincerin bu yaxınlarda Davos Forumunda səsləndirdiyi bəyanat oldu. H. Kissinger özünəməxsus şəkildə, regionda sülh və sabitliyi qorumaq üçün Ukraynanın güzəştə getməklə bağlı təklifləri dəstəklədi. Xatırladaq ki, bir vaxtlar, yəni, 1970-ci illərdə ABŞ-ın dövlət katibi olarkən, onun təşəbbüsü ilə amerikalılar Cənubi Vyetnamı dəstəkləməyi dayandırdılar və bu səbəbdən on minlərlə vyetnamlı öldü. H.Kissinger bu təşəbbüsə görə Nobel mükafatı aldı.

Kissincerin paradiqması burada aydın görünür. Əslində, Ukrayna dövlətçiliyi hesabına Putinin “siması” niyə qorunmalıdır? Kim faydalanır? İndi sivil dünya Rusiya prezidentinin beynəlxalq hüquq qarşısında məsuliyyətindən, onun məhkəmə proseslərinə cəlb edilməsinin zəruriliyindən danışır. Avropanın ən nüfuzlu ölkələrindən birinin prezidenti isə Putinin aqressiv davranışını təşviq etməyi təklif edir.

Üçüncüsü, indi ən vacib məsələ Ukrayna torpağında axan qanı dayandırmaqdır. Bu, həm də Avropanın təhlükəsizliyinin xeyrinə olardı. Amma təəssüf ki, hələlik tərəflər sülhdən uzaqdırlar. Ukrayna silahlanır. Bu başa düşüləndir, çünki müharibə şəraitində Ukrayna özünü qorumalıdır. Bu işdə ona kim kömək edirsə, doğru olanı edir. Digər tərəfdən, Rusiya hərbi potensialını gücləndirir, zərbələri Ukraynanın konkret regionlarına yönəltməyə çalışır, müasir silahlardan istifadə edir ki, bu da Ukraynada daha həssas vəziyyət yaradır. Kreml Donbassdakı separatçıları da dəstəkləyir. Son hadisələr göstərir ki, Moskva bununla məhdudlaşmır və Dnestryanıya əl uzadır.

Bu dəyişikliklər geosiyasi və hərbi aspektdə Şərqi Avropada yeni vəziyyət yaradır. Fakt budur ki, Rusiya riskli vəziyyəti genişləndirməklə Baltikyanı ölkələri və bütün Avropanı hədələyir. Bəzi Rusiya rəsmiləri artıq açıq şəkildə bəyan edirlər ki, Baltik dənizini heç kimə verməyəcəklər. Bütün bunlar Avrasiyanın bütün təhlükəsizlik sisteminin dağılması ilə başa çata bilər. Konkret desək, proseslərin belə gedişinə əsaslanaraq iddia edə bilərik ki, qlobal ələm Üçüncü Dünya Müharibəsi ərəfəsindədir.

Dördüncüsü, Rusiyanın təcavüzü bütün dünya üçün siyasətin humanitarlaşdırılması problemini aktuallaşdırır. Burada humanizmi humanitarlaşmadan ayırmaq lazımdır. Humanizm siyasətin “insanlaşması”dır, burada birinci sırada insan, onun mənafeyi dayanır. Humanitarlaşdırma isə, əsasən, zərər çəkmiş insanlara, xalqlara, dövlətlərə yardım göstərməkdir. Bu, harada olursa-olsun, humanitar fəlakətin sistemli şəkildə qarşısının alınmasıdır.

Ukrayna hadisələri göstərir ki, Rusiyanın təcavüzkar hərəkətləri ucbatından insanlara humanitar yardım göstərmək, onların həyatını xilas etmək üçün humanitar dəhliz açmaq mümkün deyil. Onlar ukraynalı olduqlarına və vətənlərini sevdiyinə görə qətlə yetirilirlər, azad olmaq istədikləri üçün amansızcasına öldürülürlər.
Ukraynanın Buça, İrpin, Mariupol və digər şəhərlərində baş verən hadisələr Rusiya siyasətçilərinin, hərbçilərinin və əsgərlərinin hərəkətlərində anti-humanizmin mövcudluğunu göstərir. “Azovstal”da humanitar dəhliz tam açılmamışdı, insanlar aclıqdan və soyuqdan ölürdü. Analoji vəziyyət Ukraynanın bəzi digər şəhərlərində də yaranıb. Buçada adi insanlar kütləvi şəkildə öldürüldü və zorlandı. Ən qəribəsi və ən təhlükəlisi odur ki, bu qeyri-insani tendensiyanın qarşısını hələ heç kim ala bilməyib. Digər münaqişə bölgələrində də bunun təkrar olunmayacağına zəmanət yoxdur.

Nəhayət, Rusiyanın Ukraynaya təcavüzü dünya geosiyasi sisteminin “nəzarət olunan xaos” səviyyəsindən “nəzarətsiz xaos” səviyyəsinə keçməsi üçün təhlükə yaradır. Onda daha etibarlı qlobal təhlükəsizlik sisteminin yaradılması ilə bağlı bütün söhbətlər boş sözlərə çevriləcək. Çünki dünya sisteminin hər an məhv olma riski artacaq. Dünya fərqli xarakterli risklərə və təhlükələrə qarşı çox həssas olacaq. Və beynəlxalq hüquq sisteminin fəaliyyətsizliyi səbəbindən bu tendensiyaya qarşı duracaq heç kim olmayacaq.

Yuxarıda göstərilənlərin hamısını ümumiləşdirərək, bu məqalənin əsas tezisini formalaşdıra bilərik. Söhbət ondan gedir ki, Rusiyanın təcavüzü regional xaosa, sonuncu isə qlobal geosiyasi və hərbi fəlakətə səbəb ola bilər! Ukraynada müharibənin hələ də davam etdiyini nəzərə alsaq, Şərqi Avropada risklərin, qeyri-müəyyənliklərin və təhlükələrin artacağını proqnozlaşdırmaq olar.

Dünya hər gün təcavüz və faşizm qarşısında geri çəkilir! Bu neqativ və təhlükəli prosesi dayandırmaq mümkündürmü? Bunun mümkün olduğuna əminik. Bunun üçün bütün demokratik dünya işğalçı qarşısında birləşməlidir. Bu məsələdə Qərb dövlətləri arasında fikir ayrılığı olmamalıdır. Əks halda Putinin faşizminə və təcavüzünə müqavimət göstərmək demək olar ki, mümkün olmayacaq. Ukrayna bu gün yeni dünya düzəninin xüsusi hissəsinə çevrilir. Ukrayna Rusiyanı hərbi məğlubiyyətə uğratdıqda, o zaman Rusiyada həqiqətən də çox sürətlə köklü hakimiyyət dəyişikliyi baş verəcək və Putin rejimi dünya tarixinin zibil qutusuna gedəcək. Və yalnız bundan sonra Avrasiya qitəsinin qarşılıqlı hörmət, etimad və ümumi fundamental dəyərlərə əsaslanan yeni ümumavropa təhlükəsizlik sistemi qurmaq şansı olacaq.

Azər Xudiyev

Ukrayna Maliyyə Nazirinin müşaviri, Maliyyə İdarəetmə Akademiyasının vitse-prezidenti

Previous Post

Rusiyanın təcavüzü: regional xaosdan qlobal fəlakətə doğru

Next Post

Neft Fondunun hesabatı Prezidentə GÖNDƏRİLDİ

Bənzər yazılar

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37

BMT Baş Assambleyasının Xüsusi Siyasi və Müstəmləkəsizləşdirmə Komitəsinin (Dördüncü Komitə) birinci plenar iclası zamanı Azərbaycan BMT-nin dekolonizasiya səylərinə sarsılmaz dəstəyini...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53

Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Next Post
Neft Fondunun hesabatı Prezidentə GÖNDƏRİLDİ

Neft Fondunun hesabatı Prezidentə GÖNDƏRİLDİ

Neft Fondunun hesabatı Prezidentə GÖNDƏRİLDİ

Neft Fondunun hesabatı Prezidentə GÖNDƏRİLDİ

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.