Rusiyanın qorxduğu baş verdi: Ukrayna “hə” dedi

91

Ukrayna Nazirlər Kabineti Avropa Birliyi (AB) ilə imzalandıqdan sonra parlament tərəfindən 1410976339təsdiqlənən Tərəfdaşlıq müqaviləsinin həyata keçirilməsinə dair fəaliyyət planını qəbul edib.

 

Nazirlər Kabinetinin yığıncağında qəbul edilən hərəkət planına görə, Tərəfdaşlıq müqaviləsinin 2017-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulur.

 

Baş nazir Arseniy Yaçenyuk yığıncaqda etdiyi çıxışda müqavilənin əhəmiyyətindən danışıb:

 

“Bu müqavilənin 2017-ci ilə qədər tətbiqi kimi çox iddialı və qısa bir müddət təyin etdik. Çünki biz bu müqaviləni tətbiq etməklə Ukrayna qanunlarını AB normalarına adaptasiya etmək və Ukraynanın AB qaydalarına uyğun gəldiyini göstərmək istəyirik”.

 

Yaçenyuk atılan addımların sülhə xidmət etdiyini qeyd edib:

 

“Ən qiymətli olan isə insan həyatıdır. Döyüşün hər günü bizə 80 milyon grivinə (6 milyon dollar) başa gəlir. Buna görə sülh bizə hava-su kimi lazımdır”.

 

Baş nazir ölkənin şərqində Donetsk və Luqanskın yerləşdiyi Donbasda keçiriləcək seçkilərin beynəlxalq hüquq qaydaları və normalarına uyğun olacağı təqdirdə Ukrayna hökuməti tərəfindən tanınacağını bildirib.