"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiyanın nüfuzlu nəşri Bakının “Dəmir günbəzi”ndən yazdı – düşmənin qorxulu röyası

08 Noyabr 2016 - 09:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

 Rusiyanın nüfuzlu nəşri Bakının “Dəmir günbəzi”ndən yazdı - düşmənin qorxulu röyası İrəvanın hərbi balans yaratmaq arzusu daşa dirənir; “Nezavisimaya qazeta” Azərbaycanın işğalçı ölkənin yuxusunu qaçıracaq yeni hərbi planlarından bəhs edib; “Bakı ballistik raketlərin ölkədə istehsalının qurulması yönündə fəal iş aparır”; “Azərbaycan Rusiya, Türkiyə, İsrail və Pakistanla uğurlu hərbi əməkdaşlıq qurub…”

Ermənistanın onsuz da kövrək olan Qarabağ danışıqlarını yenidən sabotaj etməyə başlaması, paralel surətdə təmas xəttində təxribatları artırması Azərbaycanı öz hərbi qüdrətinə bir daha diqqət ayırmağa sövq edir. Bu həftə başlayacaq və müstəqilliyimiz tarixində ən iri sayılan hərbi təlimlər də şübhəsiz ki, ilk növbədə Silahlı Qüvvələrimizin döyüş hazırlığını və peşəkarlığını gücləndirməyə, düşməni yerində oturtmağa hesablanıb.  
Əlbəttə ki, Azərbaycan təlimlərlə yanaşı, özünün hərbi imkanlarını genişləndirməyə yönəlik müdafiə və hücum qabiliyyətli yeni, müasir silah sistemləri əldə eləmək, imkan düşərsə, onların yerli istehsalını təşkil eləmək yönündə də ciddi işlər görür. Bundan ötrü təbii ki, dost-müttəfiq dövlətlərlə əlaqələrə böyük önəm verilir. Əsas hədəf işğalçı Ermənistanın ölkəmizlə hərbi balans yaratmasına heç vaxt imkan verməməkdir. 
 
Ordumuzun hərbi-texniki sahədə uğurları və yeni planları Rusiyada da diqqətlə izlənməkdədir.
***
“Azərbaycanın Müdafiə Nazirliyi 500 km-dək məsafəni vura biləcək operativ-taktiki raket komplekslərinin əldə eləmək üzərində işləyir. Bu məqsədlə Pakistanla da intensiv danışıqlar aparılır”. Bu barədə Rusiyanın nüfuzlu nəşri “Nezavisimaya qazeta” özünün dünənki sayında yazıb.
 
Qəzet daha sonra yazır: “Azərbaycanın artilleriya və raket qoşunlarının komandanı Zahid Hüseynovun sözlərinə görə, Azərbaycan etibarlı müdafiə qabiliyyəti üçün 200, 330 və 500 km-dək hədəf radiusu olan operativ taktiki raketlərə malik olmalıdır. Bu zaman komandan fikrini dəqiqləşdirərək deyib ki, belə bir istək heç də o anlama gəlmir ki, Azərbaycanın Silahlı Qüvvələri düşmənin hücum yanğısını söndürmək üçün lazımi sistemlərə malik deyil. ”Bu gün bizim Silahlı Qüvvələrin öhdəsində olan operativ-taktiki raketlər düşmənin istənilən hərbi obyektinə dəqiq zərbələr endirməyə qadirdir”, – deyə Hüseynov jurnalistlərə açıqlamasında bildirib”.
 
Image result for İlham Əliyev pakistan prezidenti
 
Qəzet ardınca Bakı ilə İslamabad arasında hərbi əməkdaşlığa diqqət çəkib: “Bakı ilə İslamabad arasında hərbi əməkdaşlıq çoxdan qurulub. Ancaq ötən ilin martında Pakistan prezidenti Məmnun Hüseynin, ötən ay isə baş nazir Nəvaz Şərifin Bakı səfərlərindən sonra bu sfera üzrə əməkdaşlığa yeni impuls verilib. Səfərin yekunundan danışarkən prezident İlham Əliyev bəyan edib ki, Pakistan baş naziri ilə müzakirələrdə əsas mövzulardan biri məhz hərbi əməkdaşlıqla bağlı olub. ”Biz öz Silahlı Qüvvələrimizin birgə təlimlər keçirməklə bağlı planlarını müzakirə elədik. Bundan əlavə, biz birgə silah istehsalının əsasını qoya bilərik. Azərbaycan həmçinin Pakistandan ən müasir və yüksək texnologiyalı silahlar almaq istəyir. Bu məsələ üzrə də bizim tam anlaşmamız var” – İlham Əliyev qeyd edib. Bu günlərdə isə Azərbaycan-Pakistan İşçi Qrupunun VII iclası olub. Onun yekununda tərəflər ikitərəfli hərbi-əməkdaşlığın planını təsdiq ediblər”.
Bu yerdə nəşr “Yeni Müsavat”ın da xəbər verdiyi kimi, Pakistanın Azərbaycana 0,5 milyard dollar həcmində müdafiə xarakterli, müasir və yüksək hərbi texnologiyalı hərbi məhsulların tədarükünü sürətləndirməklə bağlı hərəkət planı qəbul etməsinə toxunub.
Image result for Dəmir gümbəz
 
Məqalədən sitat: “Məlum olub ki, belə bir qərar İşçi Qrupunun İslamabadda keçirilən iclasında qəbul edilib. Silahların birgə istehsalı, habelə yeni texnologiyaların əldə olunmasının detalları isə yəqin ki, Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun bu ayın sonunda Pakistana nəzərdə tutulan səfəri çərçivəsində müzakirə olunacaq. Yerli KİV-lər informasiyalı qaynaqlara istinadən xəbər verir ki, nazirin səfərində məqsəd həm də noyabrın 22-25-də Karaçidə keçiriləcək İDEAS-2016 Beynəlxalq Müdafiə Sərgisində iştirakdır”.
 
Image result for Dəmir gümbəz
“Nezavisimaya qazeta”dakı məqalənin sonunda deyilir: “Qeyd eləmək lazımdır ki, Bakı 500 km məsafəni vuran ballistik raketlərin alınması, həmçinin Azərbaycanda onların istehsalının qurulması yönündə fəal danışıqları təkcə Pakistanla aparmır. Analoji danışıqlar praktik surətdə ölkə Silahlı Qüvvələri üçün döyüş xarakteristikası maraq kəsb edən silahların, o sırada ballistik raketlərin istehsalı təcrübəsinə malik bütün ölkələrlə aparılır. Bütövlükdə Azərbaycanın atdığı hərbi addımlardan da göründüyü kimi, Bakı öz silahlı qüvvələrinin müxtəlif radiuslu ən müxtəlif raket kompleksləri ilə təmin edilməsinə böyük önəm verir. Bu kontekstdə Rusiya ilə də, Türkiyə və İsraillə də uğurlu əməkdaşlıq qurulub. Yeri gəlmişkən, az öncə yerli nəşrlər xəbər vermişdi ki, İsrail  Azərbaycana ”Dəniz günbəz” raket əleyhinə taktiki sistemlər verəcək. “Rafael” şirkəti tərəfindən hazırlanan “Dəmir günbəz” idarə olunmayan taktiki raketlərdən qorunmaq üçün nəzərdə tutulub”.
***
Xatırladaq ki, Bakı ilə İslamabad arasında hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsi, xüsusən də tərəflər arasında ballistik raket sistemləri ilə bağlı uğurlu anlaşma, habelə İsrailin “Dəmir günbəz”i ən çox Ermənistanda təlaş doğurub. Bu da təbiidir. Çünki işğalçı ölkə “İsgəndər M” operativ-taktiki raket sistemlərini İrəvanda nümayiş etdirməklə bu sahədə guya hərbi paritetə nail olduğunu güman edirdi. Cəbhə xəttində son vaxtlar düşmən təxribatlarının sayının artmasını da siyasi təhlilçilər ən əvvəl bu arxayınçılıqla izah edirlər.
Previous Post

Rusiyanın nüfuzlu nəşri Bakının “Dəmir günbəzi”ndən yazdı – düşmənin qorxulu röyası

Next Post

İcra başçısı Gədəbəydə pensiya bazarı açılıb – Özəl rəqəmlər

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

İcra başçısı Gədəbəydə pensiya bazarı açılıb - Özəl rəqəmlər

İcra başçısı Gədəbəydə pensiya bazarı açılıb - Özəl rəqəmlər

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.