"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiyanın kəşfiyyat rəisi Bakıda sensasion açıqlama verdi

29 Sentyabr 2016 - 09:01
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Rusiyanın kəşfiyyat rəisi Bakıda sensasion açıqlama verdi

“Yaxın Şərqi zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqazda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik”

Sentyabrın 28-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclası öz işinə başlayıb.

Prezidenti İlham Əliyevin adından görüş iştirakçılarını Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov salamlayıb. O, təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində iclasın rolunu qeyd edib. F.Ələsgərov deyib ki, bir müddət əvvəl Azərbaycanın xüsusi xidmət orqanları bəzi təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması məqsədilə bir sıra uğurlu əməliyyat keçirib: “Səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq əlaqələri xüsusi xidmət orqanları qarşısında dayanan məsələlərin həlli zamanı əhəmiyyətli nəticələrə nail olmaq üçün zəmin yaradır”.

APA-nın məlumatına görə, PA rəsmisi bildirib ki, MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurəti yaradır. Onun sözlərinə görə, bu cür qarşılıqlı anlaşmaların yaratdığı bütün imkanlardan tam istifadə etmək vacibdir.

F.Ələsgərov görüşün MDB ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsi məsələsində səylərin daha çox birləşdiriləcəyinə şərait yaradacağına ümidvar olduğunu söyləyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev isə ümumi təhlükəsizliyə qarşı təhdidlərin, eləcə də terrorizm, ekstremizm və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınmasında aktuallıq daşıyan məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə konkret töhfə verəcəyinə əminliyini söyləyib.

Fuad Ələsgərov: “MDB ölkələrində radikal dini ideologiyanın yayılması ilə artan təhlükə əməkdaşlığın gücləndirilməsi zərurətini yaradır”

O qeyd edib ki, dünyada artan terror aktivliyi, dini-radikal və ekstremist qruplaşmaların transmilli mütəşəkkil cinayətkarlıqla birləşməsi daha sıx əməkdaşlıq, bu çağırış və təhdidlərə cavab vermək üçün yeni və səmərəli yolların işlənib hazırlanmasını tələb edir: “Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirir. Sabitlik və təhlükəsizlik mühitinin yaradılması, milli maraqlara qarşı olan təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması hər bir dövlətin mövcudluğunun, onun müstəqilliyinin və uğurlu inkişafının əsasıdır”.

Tədbir çərçivəsində M.Quliyev Rusiya, Belarus, Tacikistan, eləcə də tədbirdə qonaq qismində təmsil olunan Almaniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

“Minskdə keçirilmiş iclasımızdan, eləcə də bu ilin iyul ayında Sankt-Peterburqda baş tutmuş xarici dövlətlərin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının xüsusi xidmət rəhbərlərinin 15-ci iclasından nisbətən qısa zaman keçib. Bu müddətdə dünyada və bizim ölkələrdə əməliyyat mühitinin xarakterinə müəyyən təsir göstərən hadisələr baş verib, birgə müzakirə tələb edən çağırış və təhdidlərin yeni elementləri və onların həlli üçün ümumi yanaşmalar müəyyən olunub”.

“Report” xəbər verir ki, bu sözləri də Mədət Quliyev çıxışı zamanı deyib.

“MDB  üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası yarandığı dövrdən onun iclaslarında baxılan məsələlərin siyahısı kifayət qədər genişlənib”.

APA-nın məlumatına görə, bu sözləri isə şuranın sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov şuranın Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, son dövrlər əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizədə ümumi yanaşma, terrorçuluq sahəsindəki cinayətlərdə iştirakı olan şəxslərin müəyyənləşdirilməsi, axtarışı və saxlanması sahəsində birgə tədbirlərin planlaşdırılması və reallaşdırılması, informasiya sahəsinin qorunmasına yönəlib: “Bu məsələlər son zamanlar xüsusilə aktualdır. Belə ki, hazırki geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır. İŞİD, ”Cəbhat-əl-Nüsra” kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv  və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər.

Bunun üçün onlar bir çox vasitələrdən, o cümlədən agentlərdən, peyk əlaqə vasitələrindən, internetin imkanlarından yararlanırlar. Ona görə də hesab edirəm ki, bizim əməkdaşlığımızın effektivliyini və nəticəsini artırmaq üçün daha sıx və çoxsəviyyəli qarşılıqlı fəaliyyət həyata keçirmək, operativ fəaliyyət göstərmək, daimi informasiya mübadiləsi sahəsində yeni imkanlar axtarmaq lazımdır”.

Nəzərə çatdıraq ki, radikal, ekstremist qrupların, terror şəbəkəsi rəhbərlərinin Şimali Qafqazla bağlı planları hər zaman mövcud olub. 

Son bir ildə xeyli sayda İŞİD sıralarında döyüşüb Azərbaycana qayıdan (onların xəfiyyəlik edəcəyi, burada təbliğat aparacağı və ya hansısa planlar quracağı da istisna deyil-red.) ölkə vətəndaşı, habelə qonşu ölkələrin vətəndaşları hüquq-mühafizə orqanlarımız tərəfindən həbs ediliblər. İndiyədək bir neçə dəstə ifşa edilib və mühakimə olunaraq ağır cəzalar alıblar. Amma heç şübhəsiz ki, ələ keçməyənlər də qalmaqdadır…

Bundan başqa, İŞİD rəhbərliyində olan şəxslər bir neçə dəfə Şimali Qafqazı da “fəth” edəcəklərinə dair bəyanatlar veriblər. Onların ciddi dəstəkləri olduğu istisna deyil. Təbii ki, Şimali Qafqazdan söhbət getdikdə, Azərbaycanın da hədəf olduğu danılmazdır. Bu baxımdan, terror şəbəkələrinə qarşı birgə səylər olduqca zəruridir.

Bir məqamı da nəzərə çatdıraq ki, hətta referendum öncəsi ölkəmizdə sorğu keçirən ABŞ sosioloji araşdırmalar mərkəzi – ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı da terrorla bağlı durumu araşdırmışdı. Həmçinin onlar keçirdikləri sorğuda vətəndaşlarımızdan terror təhlükəsinə dair soruşublar. 

“Respondentlərin 98,4%-i əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9%-i inanır ki, bir çox ölkədə qeyri-stabil vəziyyət olduğu halda, Azərbaycan regionda ən stabil ölkədir. Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda,  89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı,  88,9%-i İnsan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduğunu bildirib” – deyə, sorğunun elan edilən nəticəsində bildirilirdi.

Previous Post

Rusiyanın kəşfiyyat rəisi Bakıda sensasion açıqlama verdi

Next Post

Millət vəkili seçicisi üçün elçi gedəcək:”Oğlan dedi ki, qızın atası tərs adamdı, bəlkə sizi görüb inadından vaz keçər”

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Millət vəkili seçicisi üçün elçi gedəcək:"Oğlan dedi ki, qızın atası tərs adamdı, bəlkə sizi görüb inadından vaz keçər"

Millət vəkili seçicisi üçün elçi gedəcək:"Oğlan dedi ki, qızın atası tərs adamdı, bəlkə sizi görüb inadından vaz keçər"

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.