Rusiyanın humanitar yardım karvanına Ukrayna sərhədçiləri və ATƏT nümayəndələri baxış keçirəcək

🗓 16.08.2014 09:09 ✍️ "Elçi" qəzeti

Kiyev Rusiyadan göndərilən humanitar yardım karvanına baxış keçirmək məqsədilə ATƏT nümayəndələriimg1619580 tərəfindən müşayiət olunan bir dəstə sərhədçini Rusiya sərhəd nəzarət-buraxılış məntəqələrinə göndərib.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Administrasiyasının rəhbərinin müavini Valeri Çalıy bildirib.

 “Ukrayna tərəfi Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını ATƏT nümayəndələri ilə birlikdə Rusiya sərhəd nəzarət-buraxılış məntəqələrinə göndərib”, deyə açıqlamada bildirilir.

 Pentaqonun bundan əvvəl yayılan açıqlamasında bildirilmişdi ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı ilə telefon danışığı zamanı Ukraynaya yollanan humanitar yardım karvanında hərbçilərin olmayacağına zəmanət verib.

 

Bənzər yazılar