"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiyanın Ermənistana silah şantajı – Azərbaycana 3 aylıq fürsət…

17 İyun 2016 - 09:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Rusiyanın Ermənistana silah şantajı - Azərbaycana 3 aylıq fürsət...      İşğalçıya qarşı yeni qamçı-kökə siyasəti; Kremllə forpostu arasında davam edən 200 milyon dollarlıq silah ixtilafının yeni pərdəarxası; Moskva həmin silahları indi də ortaq Hava Hücumundan Müdafiə Sistemi haqda sənədin ratifikasiyasından sonra vəd edir…

Azərbaycanın hərbi uğuru ilə nəticələnən dörd günlük aprel müharibəsindən dərhal sonra Ermənistan-Rusiya münasibətlərinə bir soyuqluq, inamsızlıq çöküb. Xüsusən də işğalçı ölkə tərəfdən bu qəfil dəyişiklik kifayət qədər qabarıq müşahidə olunmaqdadır. 
Hərçənd rəsmi İrəvan bunu israrla ört-basdır etməyə çalışır, digər səviyyələrdə, xüsusən də parlament səviyyəsində, ictimaiyyətdə və ekspert dairələrində müttəfiq Rusiyadan narazılıq özünü davamlı şəkildə büruzə verməkdədir. Bu fonda II Dünya müharibəsi zamanı faşistlərlə əlbir olmuş erməni Qaragin Njdeyə İrəvanda təntənəli şəkildə abidə qoyulması, prezident Serj Sərkisyanın açılış mərasimində şəxsən iştirak eləməsi vəziyyəti daha da tündləşdirib, ikitərəfli münasibətlərdə bütün gizli “qara dəlikləri” üzə çıxarıb.
Maraqlıdır ki, Rusiya tərəfdən də problem rəsmi səviyyədə ört-basdır edilməkdədir. Hər necə olmasa, forpost Ermənistan da Moskvaya gərəkdir. Amma qarşılıqlı əlaqələrdə gizli-açıq etimadsızlıq, hər halda, qalır və belə görünür tezliklə aradan qalxmayacaq.
Bunu indi həm də Moskvanın hələ ötən il İrəvana vəd etdiyi 200 milyon dollarlıq kredit həcmində silah-sursatı verməyə tələsməməsindən görmək olar. Halbuki bəzi erməni rəsmiləri – baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan bu məqsədlə Moskvaya səfərlər eləmiş, silahların tezliklə Ermənistana çatdırılacağını, hətta prosesə artıq başlandığı haqda bir neçə dəfə ictimaiyyəti sakitləşdirən bəyanatlar veriblər.
Silahların tədarükü isə yubanır. Ehtimal ki, bu da Kremlin İrəvana qarşı özünəməxsus cəza tədbiri, yeni “qamçı və kökə” siyasətidir. Sanki Rusiya bununla Ermənistana anlatmaq istəyir ki, “Məni nə qədər söysəniz də yenə mənə möhtacsınız”.
***
“Kreml Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil”. Bu sözləri erməni deputat, “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan srağagün bildirib. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olmasına baxmayaraq, regionda güc balansını bərpa etmək istəmir.
“Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub” – deputat iddia edib. Postancyan hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır.
 
Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Artak Zakaryan isə Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyəti ilə bağlı fikirlərini bölüşərkən deyib ki, Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında imzaladığı saziş parlamentdə müvafiq vaxtda nəzərdən keçiriləcək. Komissiya sədri qeyd edib ki, hazırda parlament hakimiyyətdən daxil olmuş qanun layihələrini nəzərdən keçirir: “Xatırlatmaq istəyirəm ki, bu, ikitərəfli prosesdir və saziş Rusiya parlamenti tərəfindən də ratifikasiya olunmalıdır. Bu proses hələ yekunlaşmayıb”.
Ancaq bəzi məlumatlara görə, Ermənistan parlamenti sazişin ratifikasiyasını parlament önündə sənədə qarşı keçirilən etiraz aksiyasına görə yox, məhz 200 milyon dollarlıq silahla əlaqəli yubadır – ki, öncə silahlar, sonra ratifikasiya. Sənədin ratifikasiya üçün parlamentin gündəliyinə salınmasının 3 aya qədər çəkəcəyi deyilir. Belədirsə, bu, sözsüz ki, İrəvanın Moskvaya qarşı növbəti demarşıdır.
***
Hər necə olmasa, ortada Moskvanın da İrəvana qarşı narazılığının olduğu aşkardır. Əks halda, Rusiya silahların verilişini uzatmazdı. İstisna deyil ki, Kreml öz “sadiq müttəfiqini” indi həm də bu yolla tənbeh eləmək qərarına gəlib. Bu tənbehin formalarından biri də Azərbaycanla Rusiya arasında hərbi sahədə davam edən əməkdaşlıqdır. Moskva ermənilərə görə bu əlaqələri kəsmək və ya zəiflətmək niyyətində deyil.
Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə iki gün öncəki görüşü də təsdiqlədi. Rusiyanın hərbi naziri görüş zamanı bildirdi ki, iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu onun  da qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib. O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.
***
Beləcə, Moskva bir daha İrəvana, ermənilərə mesaj vermiş olur ki, forpost Ermənistana görə bölgənin açar ölkəsi Azərbaycanla əlaqələri kəsməyə hazırlaşmır. Qənaət hasil olur ki, Rusiya Güney Qafqazla bağlı öz ənənəvi oyununu davam etdirir. Moskva ilə İrəvan arasında yaşanan bu sərinlik, Kremlin İrəvana münasibətdə yeni qamçı-kökə siyasəti isə Azərbaycana istər danışıqlar masası arxasında, istərsə də döyüş meydanında, həmçinin Rusiyaya münasibətdə əlavə fürsətlər və ya manevr imkanları yaradır, onun mövqeyini gücləndirir.
Previous Post

Rusiyanın Ermənistana silah şantajı – Azərbaycana 3 aylıq fürsət…

Next Post

Xarici borcumuz niyə artır?

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Xarici borcumuz niyə artır?

Xarici borcumuz niyə artır?

Son xəbərlər

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

03 Oktyabr 2026 - 11:02
Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

03 Oktyabr 2026 - 10:50
Lukaşenko Trampla görüşə hazırlaşır

Lukaşenko Trampla görüşə hazırlaşır

03 Oktyabr 2026 - 10:39
Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26
Prezident Ladislau-Marius Vizeri təltif etdi

Prezident Ladislau-Marius Vizeri təltif etdi

03 Oktyabr 2026 - 10:16
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir

03 Oktyabr 2026 - 10:12
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00
Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.