Rusiyanın Çerniqov şəhərinə hücumu: 5 ölü, 6 yaralı

Rusiya Ukraynanın Çerniqov vilayətinə hücum edib. 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki qəsəbəsinə təşkil etdiyi hücumda biri körpə olmaqla 5 nəfər ölüb, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücum zamanı iki bina, iki qaraj, bir yardımçı tikili və bir avtomobil dağıdılıb.
Şayəstə Hüseynova