“Rusiyanın BU qərarı beynəlxalq təhlükəsizlik sistemini məhv edir”-Borrel

62

Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırmaq qərarı beynəlxalq təhlükəsizlik sistemini məhv edir.

Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrel bildirib.

“Rusiyanın qəbul etdiyi qərar soyuq müharibədən sonra yaradılmış beynəlxalq təhlükəsizlik sistemini məhv edir. Həmin qərardan sonra biz beynəlxalq təhlükəsizliyin yeni tədbirləri haqqında düşünməliyik”, -deyə Borrel Brüsseldə Ukraynanın xarici işlər naziri və NATO-nun baş katibi ilə danışıqlardan sonra bildirib.

Yeganə