Nasistləri dəstəkləməyə, Rusiyanı və rus əsgərlərini təhqir etməyə görə cəzaya əmlakın müsadirə edilməsi bəndi əlavə edilməlidir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Son zamanlar Rusiyanı tərk edən vətəndaşların xaricdə öz rifahını qorumaq üçün açıq şəkildə bədxahlara, nasistlərə və qatillərə dəstək verməsi halları ilə daha tez-tez rastlaşırıq. Gedənlər ölkəmizin sayəsində rahat yaşayırlar. Xaricdə olarkən daşınmaz əmlaklarını icarəyə verir, Rusiya vətəndaşlarının hesabına qonorar almağa davam edirlər. Onların bu bəyanatları ekstremizmə çağırışlar, nasizmin reabilitasiyası və ya Rusiya Silahlı Qüvvələrinin gözdən salınması kimi qiymətləndirilə bilər”, – o bildirib.
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...





















Son şərhlər