Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya prezidenti Vladimir Putinə etimad mövzusunda ruslar arasında sorğu keçirib.
Elchi.az-ın Vesti.ru-ya istinadən xəbərinə görə, məlum olub ki, 77,3 respondent Rusiya liderinə etibar edir.
Onun vəzifədə işləməsi rusiyalıların 74 faizi tərəfindən bəyənilib.
Rusiyanın baş naziri Mixail Mişustinə respondentlərin 60 faizi etimad göstərir. Onlardan 51,9 faizi Nazirlər Kabinetinin fəaliyyətini müsbət qiymətləndirir. Sorğu iyulun 31-dən avqustun 6-dək 1,6 min yetkin rusiyalı arasında aparılıb.
“Vahid Rusiya”ya dəstək səviyyəsi 37,6 faiz, Kommunist Partiyası 9,9 faiz, Liberal Demokrat Partiyası 9,3 faiz, “Ədalətli Rusiya – Həqiqət naminə” 4,9 faiz, “Yeni insanlar” 4,6 faiz təşkil edib.
Yeganə