Rusiyalı ekspert: “Azərbaycanı itiririk”

🗓 21.07.2014 23:04 ✍️ "Elçi" qəzeti

Rusiya Azərbaycanda rusdilli məktəblərin bağlanmasındanbig_1405955446_rusiyal-ekspert narahatdır

  “Azərbaycanda gənclərin əksəriyyəti bizim dilimizdə danışmır. Bundan başqa biz bütün MDB ərazisində rus dilinə “hücumların” şahidi oluruq”. İnterpress.az xəbər verir ki, bunu “MDB məkanında rus dilinin statusu və öyrənilməsi vəziyyəti” mövzusunda keçirilən videokonfransda Rusiya İctimai Palatasının üzvü Georgi Fyodorov bildirib. 

Onun sözlərinə görə, MDB məkanında 25 yaşdan aşağı olan gənclər rus dilində danışa bilmir. Misal kimi Azərbaycanı göstərən İctimai Palata üzvü rusdilli məktəblərin bağlandığını vurğulayıb: “Bu ölkələrdə rus məktəbləri bağlanır, təhsilin səviyyəsi aşağı düşür. Azərbaycanda isə fəal şəkildə türk məktəbləri açılır. Bu Baltikyanı ölkələrdə də baş verir. MDB-də rus dilinin öyrədilməsi üçün dövlət dəstəyi lazımdır. Əgər MDB ölkələri rus dilini unutsalar, biz bu ölkələri birdəfəlik itirəcəyik. Hələlik hər şey tam itirilməyib-bizi dil, ümumi mədəniyyət, tarix birləşdirir. Əks təqdirdə rusiyalılarla ümumi dil tapa bilməyən yeni nəsil yetişəcək”. 

Bənzər yazılar