Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlı kontingentinin hərbçiləri Laçın yolu ilə Xankəndiyə 35 ton ərzaq çatdırıblar.
Elchi.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Rusiyadakı “Biz birik” çoxmillətli layihəsindən gələn yük Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyası tərəfindən İrəvana, oradan isə rus sülhməramlıları vasitəsilə Xankəndiyə çatdırılıb. Yüklərin tərkibinə aztəminatlı və çoxuşaqlı ailələr üçün un, günəbaxan yağı, müxtəlif dənli bitkilər, tərəvəz konservləri, şəkər, peçenye, qatılaşdırılmış süd, mürəbbə və şirələr daxildir.
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirdiyi hava əməliyyatında PKK-nın 6 terrorçusunu zərərsizləşdirib. Elchi.az xəbər verir ki, bu...