“Rusiyada xarici siyasət konseptinin iki mərkəzi var. Bu mərkəzlər biri biri ilə rəqabət halındadır. Və bu rəqabət Qarabağda Azərbaycan-Ermənistan münasibətlərini yanaşma da da özünü göstərir”-bu sözləri Elchi.az-a açıqlamasında siyasi ekspert Nazim Cəfərsoy deyib.
O həmçinin qeyd edib:” Rusiya daxilindəki Cənubi Qafqaza yönəlik rəqabət vasitələri mövzusundakı müxtəlif ziddiyyətlər bölgədə özünü göstərir. Kreml bundan özü üçün bir manevr imkanı kimi istifadə edir. Bölgədə gərginliyin tək səbəbi Rusiya deyil. Rusiya müharibəyə qədər əsas səbəbkar idi. Amma o zaman Fransa, ABŞ da bu gərginliyin davam etməsində maraqlı idi. Amma müharibədən sonra Rusiya ilə yanaşı Avropanın da maraqları bu proseslərə yönəlib. Qeyd edək ki, Fransa bu prosesdə xüsusi rol oynayır”.
Havar Şəfiyeva