Rusiya Ukraynaya müdaxiləyə başlayandan bəri dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu ordu və silah alınmasına yönəldilib.
Elchi.az -ın məlumatına görə, bu rəqəmlər Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutu tərəfindən Rusiya Federasiyasının “Elektron büdcə” sistemi əsasında aparılan təhlilə əsaslanır.
Araşdırmaya görə, 2025-ci ilin birinci rübündə hərbi xərclər dövlət gəlirlərinin 50,1 %-ni, ikinci rübdə isə 48,2 %-ni təşkil edib. Bu göstərici 2022-ci ildə 24,4 %, 2023-cü ildə 32,05 %, 2024-cü ildə isə 39,05 % olub.
Bundan əvvəlki maksimum göstərici 2023-cü ilin birinci rübündə qeydə alınıb: 45,4 %.

















